• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Dünyanın ən varlı gözəlinin 41 yaşı tamam olur - Fotolar

Dünyanın ən varlı gözəlinin 41 yaşı tamam olur - Fotolar

Bu gün dünyanın ən varlı modellərindən biri Keyt Mossun 41 yaşı tamam olur. Yaşıdları çoxdan pensiyaya çıxsa da, o, hələ də modellik karyerasını inadla davam etdirir. Yaşı ilə əlaqədar fiziki qüsurları çox olsa da, stil ikonu olmasını çoxları təsdiqləyir.Tabloid.az hələ də cazibədar görünüşünü qoruyan supermodelin gözəllik sirləri və dəb hiylələri haqqında maraqlı məlumatları təqdim edir:

Modelin gözəllik ikonları arasında Elizabet Taylor, Anita Pallenberq, Marian Faitful və Jan Birkin var. K.Moss Rocken Roll stilində geyinən qadınları çox bəyənir. Köhnə geyimlərini isə qızı üçün saxladığını bildirsə də, özünün də həmin geyimləri nə vaxtsa, geyinmək arzusu qalır.

Qış boyu qalın yun köynəklərdə gəzməyi sevən model, yazda, azacıq küləkdə belə nazik jaketlərini və sviterlərini kürəyindən əskik etmir.

Ən çox peşman olduğu gözəllik xətası isə saçlarını kəsdirməsi olub.

Keytin makiyajla bağlı maraqlı fikirləri var. O, qızına makiyaj etməyi qadağan edib. Ümumiyyətlə, gənc qızların dərisini tonal krem çəkməklə korlamasını qəbul etmir.

Özünün makiyajında da üstünlük verdikləri başqalarından fərqlənir. Məsələn, model, dodaqlarını boyayarkən parladıcı yerinə pomada istifadə etməyi xoşlayır: “Pomada çəkdikdən sonra özümü daha cazibədar hiss edirəm. Gün ərzində bej tonlarında, gecə isə qırmızı pomada ilə dodaqlarımı boyamaqdan zövq alıram”.
Adətən, sadə göz makiyajından bəhrələnən Keyt gecə ziyafətlərində dumanlı göz makiyajına üstünlük verir. Gözəlliyini təbii üsullarla hazırlanan kosmetika məhsulları ilə qoruyur. Aloe vera ekstraktı və lavanda tərkibli şampunlardan istifadə edir. Keytin fikrincə, bitki tərkibli şampunlar onun saçını tamamilə dəyişdirib və sağlamlaşdırıb. Özəl gecələrdə isə Ceyms Broun adlı saç ustasının əl işinə arxalanır.

Modelin göstərişli tərzinə baxıb ağır qoxulu parfumlərdən xoşlandığını düşünürsünüzsə, yanılırsınız. Xəfif və yüngül qoxulara yönələn Moss son zamanlar nostalji hisslər aşılayan “Bluebel” adlı parfum istifadə edir.

Modelin kokain, siqaret, alkoqol kimi zərərli vərdişlərə mübtəla olması isə onu sevənləri çox kədərləndirir. Təəssüf ki, ulduz həyatının pis cəhətləri modeldən də yan keçməyib...

Keyt Moss tətbiqi çox sadə olan, uzun təriflər tələb etməyən bir gözəllik ritualına əməl edir. “Stilist” jurnalına verdiyi müsahibədən məlum olur ki, üzünü buz kimi su ilə yuyur. Bu üsul öz təsirini tez bir zamanda göstərir. Buz kimi soyuq su dərini canlandırır və möhkəmləndirir. İdeal dəriyə sahib olmaq üçün duzlu qidalardan imtina edib. Hər gün üzünü nəmləndirici kremlərlə masaj edir.

Modelin maraqlı fikirləri

Əgər iş gözəllikdə olsaydı, onda mən heç zaman model olmazdım. Axı, çoxları məni gözəl hesab etmirlər. Lakin "dişi cavanar" baxışım məni məşhurlaşdırdı. Gənclikdə hədsiz utancaq idim və bu baxışlarımda hiss olunurdu. Sonradan dəyişdirdiyim baxışlarm mənə milyon dollarlar gətirir.

Uğurun sirrinə gəlincə, Keyt deyir: "İnsanlar elə düşünürlər ki, uğur ancaq gözəl simadan asıldır. Lakin bu, düşünüldüyü qədər asan deyil. Sizi çeynəyəcək və üzünüzə tüpürəcəklər. Siz hər şeyi öz əlinizə alıb bu oyunda qalmağı bacarmalısınız".

Öz stili olmasına istəyənlərə məsləhəti belədir: "Öz stilini tapmaq üçün 50 milyon dollar lazım deyil. 5 dollar kifayətdir".

Supermodelin ideal kişilərlə bağlı fikirləri də maraqlıdır. O, hesab edir ki, ideal kişi içmir, çəkmir, qumar oynamır, mübahisə etmir, xəyanət etmir və sadəcə mövcud deyil. O, deyir: "Hər şeyin köhnəsi daha çox xoşuma gəlir. Kişiləri çıxmaq şərti ilə"...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR