Mehriban Xanlarova: “Çörəyinə bais olmaq istəmədim, kənara çəkildim"
Bizi izləyin

Tabloid.az

Mehriban Xanlarova: “Çörəyinə bais olmaq istəmədim, kənara çəkildim"

Mehriban Xanlarova: “Çörəyinə bais olmaq istəmədim, kənara çəkildim"

“Günaydın” verilişinin aparıcısı Vüsalə Kərimova yenidən telekanaldakı işinə qayıdıb. Tabloid.az-a açıqlama verən teleaparıcı bunun “Space” rəhbərliyinin istəyi ilə baş tutduğunu deyib.

Qeyd edək ki, onu bu verilişdə əməkdar artist Mehriban Xanlarova əvəzləməli idi.

Publika.az əməkdar artist Mehriban Xanlarova ilə əlaqə saxlayıb. O, bildirib ki, sözügedən verilişə dəvət olunub:

“Məni o verilişə dəvət etdilər, getdim. Amma mən heç kimin çörəyinə bais olmaq istəmədiyim üçün kənara çəkildim. Televiziyaya kim kimi çağırıb, nə deyib, nə təklif edib – bu barədə heç nə deyə bilmərəm”.

Aktrisa onu da bildirdi ki, bu barədə bir daha danışmayacaq: “Heç kim məni buna görə narahat etməsin”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm