Dəmir əksikliyini minimuma endirən qidalar
Bizi izləyin

Tabloid.az

Dəmir əksikliyini minimuma endirən qidalar

Dəmir əksikliyini minimuma endirən qidalar

Dəmir elementi, insan sağlamlığı üçün olduqca vacibdir. Dəmir əksikliyi zəkaya təsir edir və intellekt geriliyinə yol açır.

Hemoqlobinin təməl quruluşunu meydana gətirən bu elementin çatışmazlığı qanazlığı yaradır. Bu baxımdan hamilə qadınlar, südverən analar, uşaqlar, böyümə çağında olanlar və gənc qızlar dəmirə daha çox ehtiyac duyurlar.

Mütəxəssislərin sözlərinə görə, dəmir əksikliyi halsızlıq, iştahsızlıq, tez yorulma, baş ağrısı əlamətləri isə özünü göstərir. Bundan başqa dırnaqların tez sınması və çətin uzanması, dildə yanma, udma çətinliyi kimi əlamətlər dəmir əksikliyindən xəbər verir. Bu baxımdan lazımi dəmir mineralını təmin etmək üçün müalicə prosedurlarından əvvəl, bu məsələyə ciddi yanaşmaq lazımdır.

Tərkibi dəmirlə zəngin olan müxtəlif qidalar da dəmir əksikliyini minimuma endirir. Dəmir mineralı bəhməzdə, quru ərikdə, quru üzümdə, qırmızı ətdə, qaraciyər və balıq məhsullarında, yumurtada, müxtəlif çərəzlərdə (badam, fındıq kimi) daha çox olur.

Siyahı:

1. Yumurta (qan azlığı üçün xüsusilə sarısı təklif edilir)
2. Balıq
3. Paxlakimilər(yaşıl noxud, lobya)
4. Qırmızı ət (xüsusilə qaraciyər təklif edilir)
5. Toyuq, hind quşu
6. Kişmiş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm