Azərbaycanlı dizayner Milan moda həftəsində iştirak edəcək - Fotolar, Video
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı dizayner Milan moda həftəsində iştirak edəcək - Fotolar, Video

Azərbaycanlı dizayner Milan moda həftəsində iştirak edəcək

Tabloid.az xəbər verir ki, Milan moda həftələri tarixində ilk dəfə olaraq azərbaycanlı dizayner Rüfət İsmayıl İtaliyada öz kişi kolleksiyasını təqdim edəcək. Azərbaycanın tanınmış modeli Rüstəm Cəbrayılov nümayişdə iştirak edən modellər arasındadır.

Rüfət İsmayıl (1981-di ildə Bakıda anadan olub) AFFFAIR markasının kreativ direktoru və ortağıdır.

Gənc yaşlarında modellik karyerasına başlayıb və qısa müddətdə Azərbaycanda "Best of the model" adını alıb. "Paco Rabanne" və "Valentine Yudashkin" kimi moda evlərinin kolleksiyalarını nümayiş etdirib. Bir müddət sonra dəbə duyduğu maraqdan modellikdən uzaqlaşır, dizaynerliklə məşğul olur və öz brendini yaratmaq arzusunu reallaşdırır.

Qeyd edək ki, İstanbula köçüb öz markasını orada yaratmağa qərar verib. Tabloid.az nümayiş olunacaq kolleksiyasının katoloqundan bir neçə modelləri təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm