Dəridə möcüzə yaradan 10 qida - Fotolar
Bizi izləyin

Tabloid.az

Dəridə möcüzə yaradan 10 qida - Fotolar

Dəridə möcüzə yaradan 10 qida

Dərinizin gözəlləşməsini istəyirsinizsə, bu qidalardan daha çox yeməyə çalışın.Tabloid.az dərini gözəlləşdirən qidaların siyahsını təqdim edir:

Kətan toxumu

Omeqa-3 anbarı olan kətan toxumunun yaşlanma əleyhinə təsiriləri məlumdur. Aparılan tədqiqatlar göstərir ki, hər gün istehlak edildikdə dəridəki qızartıları aradan qaldırır, həm də dəriyə təravət bəxş edir.

Ciltte mucize yaratan 10 besin!

Qara meyvələr

Qara rəngli meyvələr dəri üçün ən faydalı qidalar arasındadır. Böyürtkən, qara tut və alça başda olmaq üzrə hamısı antioksidant baxımından zəngindir və dərinizin gənc görünməsini təmin edir.

Ciltte mucize yaratan 10 besin!

Günəbaxan yağı

E vitamini baxımından zəngin günəbaxan dərimizi günəşin zərərli şüalarından qoruyur. Duzsuz və rafinə edilməmiş yağlara üstünlük verilərsə, dərinizi qorumağı öz öhdəsinə götürür.

Ciltte mucize yaratan 10 besin!

Şokolad

Şokolad sevənlər gündəlik məqbul sayılan həddi aşmayaraq qara şokolad yeyə bilər. Qara şokoladın qara nöqtələrə səbəb olduğu fikrinin əksinə bu qidanın dərini yaxşılaşdırdığı məlumdur.

Ciltte mucize yaratan 10 besin!

Şirin kartof

Şirin kartof A və C vitamini ilə zəngindir. Bu vitaminlər dəri gözəlliyi üçün çox əhəmiyyətlidir. C vitamini dərinin elastikliyini qoruyur, həm də A vitamini antioksidant təsiri ilə sərbəst radikallara qarşı dərini müdafiə edir.

Ciltte mucize yaratan 10 besin!

İspanaq

İspanaq dəri üçün ən effektli tərəvəzdir. A, C və E vitamini ehtiva edən ispanaq bir çox dəri probleminin həllində əvəzsizdir. Hər gün istehlak etsəniz, dəriniz daxildən təmizlənəcəkdir.

Ciltte mucize yaratan 10 besin!

Somon balığı

D vitamini ilə zəngin olan somon balığı sümüklər, ürək və beyinlə yanaşı, dəriniz üçün də faydalıdır. Omeqa-3 yağ turşuları sızanaqlar, qırış və qıcıqlanmaya qarşı təsirlidir.

Ciltte mucize yaratan 10 besin!

Qırmızı bibər

Bir ədəd qırmızı bibər gündəlik C vitamini ehtiyacının hamısını ödəyə bilər. Həmçinin B6 baxımından da zəngindir. Bunun sayəsində qan axınını tənzimləyir və dərinin canlı görünməsini təmin edir. Bundan başqa, sızanaqlara qarşı da təsirlidir.

Ciltte mucize yaratan 10 besin!

Qatıq

Qatığın tərkibində dərinin dartılmasını təmin edən zülallar olur. Bu qırışlara qarşı təsirlidir.

Ciltte mucize yaratan 10 besin!

Pomidor

Likopen baxımından zəngin olan pomidor bu antioksidantlar sayəsində dərinizi qoruyur, solğunlaşmasına və rəng dəyişikliklərinə mane olur.

Ciltte mucize yaratan 10 besin!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm