Beli incəldən dadlı çərəz
Bizi izləyin

Tabloid.az

Beli incəldən dadlı çərəz

Beli incəldən dadlı çərəz

“Amerika Ürək Vəqfi” jurnalında nəşr olunan yeni bir araşdırmaya görə, badam yemək bel bölgəsini incəldir. Xolesterol səviyyələri yüksək olan insanlarda badamın təsirini öyrənmək məqsədi ilə aparılan həmin araşdırmada sınağa cəlb olunanlar iki qrupa ayrılıblar. Hər iki qrupa 12 həftə boyunca eyni qidalanma sistemi tətbiq edilib.

Ancaq qruplardan birinə əlavə olaraq 40 qram badam da verilib. Beləliklə 6 həftə boyunca hər gün qəbul edilən 40 qram badamın nəinki xolestrol səviyyəsinə, həm də sinə və belin zəifləməsinə təsiri üzə çıxıb.

Alimlər bu qənaətə gəlib ki, davamlı olaraq hər gün badam yeyənlərdə xolesterol səviyyəsi aşağı düşür, onların bel və sinə bölgələrində arıqlama müşahidə edilir. Başqa sözlə, zülal, lif və E vitamini baxımından zəngin olan badam arıqlamağa kömək edir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm