Evdə bohem tərzi yaratmağın yolları – Fotolar
Bizi izləyin

Tabloid.az

Evdə bohem tərzi yaratmağın yolları – Fotolar

Evdə bohem tərzi yaratmağın yolları

Son vaxtlar ev dekorasiyasında bohem stilə müraciət etmək çox populyardır. Bohem stil bol naxış və rəngarənglik sevənlər üçün daha uyğundur.

İnsana azadlıq verdiyi və xəyal gücünüzü hərəkətə keçirdiyi üçün bohem stil gənc ailələr və çılğın subaylar üçün idealdır.

Bəs, evdə bohem stilini doğru şəkildə tətbiq etmək üçün nələrə diqqət etmək lazımdır?

Salonunuzda bohem stil yaratmaq istəyirsinizsə, divan və kresloların parçasının məxmər olmasına diqqət edin.

Hansı rəngdə əşyalar seçəcəyinizə isə siz qərar verməlisiniz. Çünki çeşid çoxdur. Çiçəkli, naxışlı, çəhrayı, yaşıl və ya qırmızı rəngdəki divan dəstinizi rəngarəng, bər-bəzəkli yastıqlarla bəzəməlisiniz.

Etnik naxışların olmadığı xalıları bohem stilinə layiq görməyin. Köhnə bir xalı tapsanız, mütləq alın. Çünki bohem xatirələrə, keçmişin ruhunu daşıyan əşyalara çox önəm verir.

Evin döşənməsində əl işi, xalılar da vaz keçilməzdir. Xalının rənginin divan dəstinizlə və ya başqa əşyalarınızla uyğunlaşması vacib deyil. İstədiyiniz rəngi seçə bilərsiniz. Bənövşəyi, tünd göy, yaşıl və s. rəng seçimində azadsınız.

Fillər, şamdanlar, şamlar, kitablar bohem stilini tamamlayan əsas detallardır.

Divara asacağınız rəngarəng bir rəsim, fil heykəlcikləri, müxtəlif ölkələrdən alınan maraqlı ev aksesuarları otağınızı gözəlləşdirəcək.

Əgər bohem stilini salonda deyil, yataq otağında tətbiq etmək istəyirsinizsə, etnik xüsussiyətləri ilə diqqət çəkən yataq örtüsü, divardan sallanan kiçik işıqlar, böyük yastıqlar köməyinizə gələcək.

Divarı isə istədiyiniz rəngə boyaya bilərsiniz. Məsələn, bir divarı sarı, o birini isə bənövşəyi rəngə boyamaq da olar. Naxışlı divar kağızları da bohem stilə uyğundur.

Tabloid.az ilham almağınız üçün ən yaxşı nümunələri toplayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm