Nüşabə Ələsgərli həmkarlarından varlı olduğunu etiraf edib
Bizi izləyin

Tabloid.az

Nüşabə Ələsgərli həmkarlarından varlı olduğunu etiraf edib

Əməkdar artist Nüşabə Ələsgərli özünü şou-biznesin ən zəngin nümayəndəsi adlandırıb.

Əməkdar artist Nüşabə Ələsgərli özünü şou-biznesin ən zəngin nümayəndəsi adlandırıb. Tabloid.az xəbər verir ki, xanım Ələsgərli bu barədə “ATV Maqazin” verilişinə açıqlamasında bildirib.

“Mən varlıyam, mən zənginəm. Mən hamıdan dövlətliyəm. Ürəyim dövlətlidir. Mənim ürəyimdə insanlara böyük sevgi olduğundan özümü zəngin hesab edirəm”.

Müğənni məsələnin mənəvi tərəfi ilə yanaşı maddi tərəfinə də münasibət bildirib.

“Maddi cəhətdən də normaldır. Bir neçə ticarət sahəsində özümü sınadım. Gözəllik salonu, market işlətdim. Hər ikisi çətin idi. Ticarətim alınmadı. Düşünürdüm ki, gələcəkdə mahnı oxumasam, qazanc əldə edə biləcək yerim olsun. Gərək hər bir işin başında özün durasan. Özüm isə toylarda olurdum. Mənim qazanc yerim el şənlikləridir”.

Müğənni həmçinin pul yığmadığını etiraf edib.

“Qara gün üçün pul yığmıram. Qara gün haqqında düşünmək istəmirəm. Düşünürəm ki, belə şeylər fikirləşsən tez baş verər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm