Yuxu beyni təmizləyir
Bizi izləyin

Tabloid.az

Yuxu beyni təmizləyir

Yuxu beyni təmizləyir

Alimlər deyirlər ki, beyin bütün gün ərzindəki düşünmə prosesində yığılıb qalmış toksinlərdən yuxu zamanı təmizlənir. Tabloid.az xəbər verir ki, "Science" ("Elm") jurnalında dərc edilmiş məqalədə yuxu zamanı beyin hüceyrələrinin yığıldığı və beləliklə, neyronlar arasında məsamələr yaratmaqla ora mayenin daxil olmasına imkan yarandığı söylənilir. Məqalədə həmçinin qeyd olunur ki, bir sıra beyin xəstəliklərinə səbəb bəzi toksinlərin yuyulub təmizlənməməsidir.

Araşdırmaçı həkim Maiken Nedergaard deyir ki, beynin enerji ehtiyatı məhduddur və buna görə də o seçim etməlidir: oyaq qalıb agah olmaq və ya yataraq təmizlənmək. Elmi nəticələr göstərir ki, beynin öz şəbəkəsindəki borucuqları təmir edən "çilingər" sistemi var. Elmi dildə qlimopatik adlanan bu sistem beyin tullantılarını xaric etməklə məşğuldur. Siçanların beyinlərini təsvirləndirmiş alimlər müşahidə ediblər ki, qlimpatik sistem siçanlar yatarkən 10 dəfə daha güclü işləyir. Beyin hüceyrələri çox güman ki, qlial adlanan hüceyrələr yuxu zamanı yığılır, bu isə öz növbəsində hüceyrələr arasındakı məsamələri açır. Bunun nəticəsində məsamələrə mayenin daxil olub zəhərləri yuması üçün şərait yaranır.

Tapıntılar barədə şərh verən müstəqil ekspert, doktor Neil Stanley deyir ki, neyrotoksinlərin necə təmziləndiyini aşkar etmiş bu kəşf son dərəcə əhəmiyyətlidir, çünki yuxunun fizioloji və kimyəvi səbəblərini izah edir.

İngiltərənin Surrey universitetindən doktor Raphaelle Winsky-Sommerer bildirir ki, burada təəccüblü heç nə yoxdur, çünki yuxu zamanı bütün fizioloji proseslər dəyişir.

Alimlər bildirirlər ki, beyin hüceyrələrinin itirilməsi nəticəsində Alzheimer və ya Parkinson kimi xəstəliklər beyində böyük miqdarda zədəli proteinlərin ilişib qalması ucbatından yaranır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm