Dünyanın ən bahalı gəlinlikləri - Fotolar
Bizi izləyin

Tabloid.az

Dünyanın ən bahalı gəlinlikləri - Fotolar

Dünyanın ən bahalı gəlinlikləri

Odri Hepbern, Elizabet Teylor, Qreys Kelli, Keyt Middleton dünyanın ən sevilən stil ikonalarıdır. Onların yaratdığı dəb tendensiyaları bu gün də yaşamaqdadır. Tabloid.az-ın "9 don" layihəsi çərçivəsində illər keçsə də, möhtəşəm gəlinlikləri ilə dəb tarixində unudulmaz izlər buraxan məşhurların gəlinliklərindən bəhs edəcəyəm.

Qreys Kelli və knyaz Reynier

1956-ci ildə Knyaz Reynierin evlənmək təklifini qəbul edən aktrisa Qreys Kellinin nikah mərasiminə geyindiyi paltar ən bahalı toy libaslarından biridir. Mənbələrdə gəlinliyin qiyməti müxlətif cür göstərilir. Deyilənlərə görə, dizaynerlərin işi 60 mindən 300 min dollaradək başa gəlib. Bu libasın eskizi Hollivudun kostyum üzrə rəssamı Helen Rouz tərəfindən çəkilib.

Fil dişi rəngli yuxarısı krujevalı gəlinliyin ətəyini ipək parça müşayiət edirdi. Onun hazırlanması üçün 25 metr parça, saysız-hesabsız dəniz mirvarisi istifadə edilib.

Şahzadə Uilliyam və Keyt Middleton

Keyt Middletonun nikah mərasiminə necə libasda gələcəyi toydan xeyli əvvəl müzakirə edilməyə başlanmışdı. Lakin son anadək onun seçimi məxfi saxlanılır. Yalnız qonaqların qarşısına çıxandan sonra Keytin “Alexander McQueen” moda evini seçdiyi məlum olub. Dizayner Sarah Burtonun xüsusi müştərisi üçün tikdiyi ağ don qədim İrlandiya texnologiyası ilə hörülən krujevalı fatası ilə seçilir. Onun naxışlarındakı 4 gül isə, İngiltərədə, Şotlandiya, Uels və Şimali İrlandiyanı simvolizə edib. Belə görünür ki, Kembric hersoginyasının libasını hamı bəyənib və dizayner Sarah Burton Nyu-York qəbullarının birində hətta alqışlarla qarşılanıb. Azsaylı tənqidçilər isə hersoginyanı Monako şahzadəsi Qreysin stilini təkrarladığı fikrini irəli sürürlər.

Corc Kluni və Amal Alamuddin

Aktyor Corc Kluni ilə ailə quran hüquq müdafiəçisi Amal Alamuddinin nikah mərasimində geyindiyi libas ən təmtəraqlı toy donları kolleksiyasına əlavə olunub. Kluni ilə Alamuddinin toyu bir neçə gün davam edib. Amerikanın “Vogue” jurnalı Alamuddinin gəlinlik libasını dəb tarixinin ən gözəl gəlinliyi seçmişdi.

Alamuddinin gəlinliyi "Oscar de la Renta" markasından idi. Təzə gəlinlə Oskar birlikdə yüzlərlə gəlinlik libasını nəzərdən keçirdikdən sonra birinin üzərində qərar verirlər. Dizayner vəfatından əvvəl verdiyi açıqlamada bildirmişdi ki, bu müddət ərzində Alamuddini və onun zövqünü öyrənməyə kifayət qədər vaxtı olub.

Oskar deyib: “Bu, mənə onun nə istədiyini anlamağa kömək etdi. Yeni xanım Kluni yüksək və incə zövqə malikdir”.

Alamuddin isə gəlinliyini eleqantlıq nümunəsi adlandırmışdı. Kluni "Giorgio Armani" brendindən kostyum geyinmişdi. Qeyd edək ki, toy Venesiyanın "Canal Grande" otelində keçirilib.

tabloid.az
Şahzadə Çarlz və Diana Spenser

Şahzadə Çarlzla evlənən Uels şahzadəsi Diana öz nikah mərasiminə gənc dizaynerlər - David və Elizabet Emmanuel tərəfindən hazırlanan 8 metrlik fatalı donda gəlmişdi.

Toydan təxminən 26 il keçəndən sonra dizaynerlər donun necə hazırlanması ilə bağlı kitab buraxırlar.

Qeyd edim ki, şahzadə Diananın gəlinliyi bir neçə dəfə hərraca qoyulub.

Şahzadə Madlen və Kris Onill

İsveç kralı Karl XVI Qustavın qızı şahzadə Madlenin amerikalı maliyyəçi Kris Oneillə ailə ittifaqı XXI əsrin məşhur toyu kimi yadda qaldı. İsveçdəki toy mərasimində Madlen qonaqların qarşısına fil sümüyü rəngində uzun krujevalı fatası olan “Valentino” donunda çıxmışdı. Madlen “Valentino” moda evinin orqanzadan və ipək applikasiyalardan hazırladığı gəlinlikdə çox füsünkar görünürdü.

Свадебные платья западных знаменитостей: Принцесса Мадлен

Jaklin Bouvier və Con Kennedi

Amerikanın birinci xanımı Jaklin Bouvier özünün mükəmməl zövqü ilə seçilib. Onun prezident Kennedi ilə nikah mərasiminə geyindiyi don Bostondakı Kennedi adına kitabxanada sərgidə saxlanılır. Birinci xanımın məşhur donunu Nyu-Yorklu dizayner Ann Love tikib.

Odri Hepbern və Andrea Dotti

Hollivud aktrisası Odri Hepbern XX əsrin stil ikonalarından biri kimi tanınır. 1969-cu ildə stil ikonasının məşhur italyalı nevropatoloq Andrea Dottilə toyunda geyinəcəyi gəlinlik libası böyük maraq doğurur.
Odri Hepbern İsveçrədə keçirilən toy mərasiminə "Hubert de Givenchy"-nin tikdiyi donda gəlir, başına isə örtük taxır. Bununla yeni gəlinlik tərzinin əsasını qoyur.

Elizabet Teylor və Riçard Burton

Hollivud ulduzları Elizabet Teylorla Riçard Burton 1975-ci ildə ailə qurublar. Bu, 8 dəfə ərə gedən məşhur aktrisanın sayca 5-ci evliliyi olur. Toy mərasimi günü Elizabet Teylor qonaqların qarşısına "İrene Şaraff"ın tikdiyi fil dişi rəngli donda çıxıb. Ansamblı aktrisanın saçlarındakı şünbülçiçək və ağ zanbaq gülləri tamamlayır.

Elvis Presli və Priscilla Beaulieu

Deyilənə görə, Priscillanın nikah mərasimi üçün seçdiyi don rok-n-roll kralının xoşuna gəlməyib. Uzun, sərbəst xətlərə malik geniş yaxalı donun stili üzərində gəlinin özü də işləyib. Nikah mərasimində Priscillanın başında süni brilyant qaşlı kiçik tac olub.

Keyt Moss və Ceymi Xins

Krem rəngli gəlinlik paltarı nəinki supermodel, həmçinin onun müəllifi Con Qaliano üçün də önəmli hadisəyə çevrilmişdi.

Ancelina Coli və Bred Pitt

Ancelina və Bredin toy fotoları "People" və "Hello!" jurnallarında dərc olunmuşdu. Mətbu orqanların yazdığına görə, Ancelinanın gəlinlik libasının müəllifi elə onun özüdür. Çoxlarının da güman etdiyi kimi aktrisa "Versace" moda evinin gəlinliyini geyinməyib. Gəlinliyi onun sifarişi və ideyası ilə dərzi Luici Massi tikib. "Luici ailəmizin bir üzvüdür və belə bir özəl gündə gəlinliyimi başqasına etibar edə bilməzdim" - deyə, Coli bildirib.

Gəlinin fatası üzərində isə övladları Meddoks, Peks, Zahara, Şaylo, Vivyen və Noksla birlikdə çalışıblar. Yeni evlənənlər etiraf ediblər ki, mərasimin təşkilinə elə də ciddi yanaşmayıblar. “Bizim üçün vacib idi ki, bu gün gülüşlə dolu olan rahat gün olsun. Bu, bizim uşaqlar və qohumlarla bölüşmək istədiyimiz xüsusi bir gün idi”.

tabloid.az

Mila Yovoviç və Pol Anderson

Əksər Hollivud ulduzlarından fərqli olaraq, aktrisa və model Mila Yovoviç gəlinlik paltarının eskizini özü hazırlayıb. Aktrisa 60-ci illərin üslubunda dizayn edilmiş gəlinikdə, saçlarına güllərdən hörülmüş çələng taxaraq ərə gedib.

Свадебные платья западных знаменитостей: Мила Йовович

Keti Holms və Tom Kruz

Keti dünyanın ən yaraşıqlı kişisinə klassik ipək paltarda ərə gedib. “Armani”nin dizaynerləri gəlinliyi “Swarovski” kristalları ilə bəzəmişdilər.

Свадебные платья западных знаменитостей: Кейти Холмс

Meqan Foks və Brayan Ostin Qrin

Keşişi nəzərə almasaq, bu cütlüyün toy mərasiminin yeganə şahidi Brayanın oğlu Kassius olub. Gəlin qumun üzəri ilə sevgilisinin yanına “Armani Prive”-dan olan gəlinlikdə gedib.

Свадебные платья западных знаменитостей: Меган Фокс

Viktoriya və Devid Bekhem

Devid Bekhema ərə gedərkən, Viktoriya Adams da 100000 dollar qiymətində olan gəlinlik paltarı geyinmişdi.

Ketrin Zeta Cons və Maykl Duqlas

Kino aktrisa Ketrin Zeta Consun gəlinliyi təxminən 140000 dollar dəyərində idi. Bu Kristian Lakroiks tərəfindən biser ilə tikilmiş əl işi idi.

Kristina Aqilera

Kristina Aqileranın gəlinlik libası yalnız öz yüksək qiymətiylə deyil, həm də orijinallığı ilə fərqlənirdi. Kristian Lakroiks bədənə tam oturan stil hesabına müğənninin incə belini vurğulayıb onun üçün ispan stilində gəlinlik tikmişdi.

Sara Cessika Parker və Matver Brederik

“Böyük şəhərdə seks” serialının ulduzu, Sara Cesika Parker Vivyen Vestvuddan olan dəbli gəlinlikdə ərə getmişdi. Gəlinlik öz orijinallığı və müasirliyi ilə fərqlənirdi. İpək atlas və kürəkdə olan qızılı naxışlı işləmələr ilə tikilmiş gəlinlik gəlinə əla yaraşmışdı.

Karolina Visttok və Monako şahzadəsi Albert Culi

Gəlin öz paltarını "Armani" moda evinə etibar etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm