Qulaq təmizləyən çubuqlardan istifadənin müxtəlif yolları
Bizi izləyin

Tabloid.az

Qulaq təmizləyən çubuqlardan istifadənin müxtəlif yolları

Qulaq təmizləyən çubuqlardan istifadənin müxtəlif yolları

Pambıqlı çubuq və ya qulaq təmizləmə çubuqlarından təkcə qulaq təmizliyində istifadə edilmir. Əslində mütəxəssislər qulağın təmizlənməsində bu çubuqdan istifadəni tövsiyə etmirlər. Çünki sözügedən qulaq çirkini qulağın içinə doğru itələyib, qulaq pərdəsinə yapışmasına səbəb olur. Lakin qulaq çubuğu digər əşyaları təmizləməkdə son dərəcə əlverişlidir. Qadınlar makiyaj, manikür və pedikür kimi proseduralarda bu qulaq çubuqlarından istifadə edirlər. Tabloid.az çoxunun ağlına gəlməyən variantları - qulaq çubuğundan istifadə qaydalarını təqdim edir:

Ən çox gecə çölə çıxanda işinizə yarayan üsuldan başlayacağam. Gecə gəzməyə çıxdıqda kiçik çantanın içərisinə ətir yerləşdirmək olmur. Bu pambıqlı çubuqların uclarına ətirdən sıxıb onları ağzı bağlı paketə büküb çantaya qoyun. Ətri təzələmək istədikdə çıxarıb bədəninizə sürtmək kifayətdir.

kulak çubuğu ile yapabilecekleriniz2

Fenin arxa hissəsini pambıqlı çubuqla təmizləyə bilərsiniz.

kulak çubuğu

Zəncirbəndlərin sıxılıb qalması, açılmaması hamımızın ən sevmədiyimiz hadisələrdəndir. Bu problemi pambıqlı çubuğun ucuna bir az şampun töküb, müvafiq yerə sürtməklə asanlıqla həll etmək olar.

pamuklu çubuk ile yapabilecekleriniz

Doğru ənlik sürtmək, almacıq sümüklərini üzə çıxartmaq üçün düzgün kontur çəkmək lazımdır. Bu işdə çətinlik çəkənlər üçün pambıqlı qulaq çubuqları asan çıxış yoludur. Pambıqlı çubuqları almacıq sümüyünün tam altına qoyub üzü konturlaya bilərsiniz.

allık bölgesini belirleyin

Taxma kirpik istifadə edirsinizsə, yapışdırıcı çəkməyin əhəmiyyətini də bilməlisiniz. Nə artıq, nə də az olmamalıdır. Taxma kirpiklərə yapışdırıcı çəkmək üçün ən düzgün vasitə bu çubuqlardır.

takma kirpkler için kulak çubuğu

Tuş çəkən zamanı əgər kirpiklərinizə bir miqdar toz, şəffaf kirşanı vursanız, daha dolğun görünüş əldə edərsiniz. Kirşanı isə kirpiklərə qulaq çubuğu ilə sürtün.

kirpiklere pudra sürmek

pamuklu çubuk kulak çubuğu nerede kullanılır

Oxumağa davam et
Reklam
Reklam

Gündəm