Britni Spirsin sevgilisi öldürüldü - Foto
Bizi izləyin

Tabloid.az

Britni Spirsin sevgilisi öldürüldü - Foto

Dünya şöhrətli müğənni Britni Spirsin keçmiş sevgilisi Taliban terror təşkilatı tərəfindən qətlə yetirilib

Dünya şöhrətli müğənni Britni Spirsin keçmiş sevgilisi Taliban terror təşkilatı tərəfindən qətlə yetirilib. 2007-ci ildə Britni ilə eşq yaşayan və müğənninin spirtli içki asılılığından xilas olmasına kömək edən Con Sandal ötən gün həyatını itirib.

Ayrıldıqdan sonra da Conla dostluq münasibətlərini qoruyub saxlayan Britni bu ölüm xəbərindən sonra depressiyaya düşüb.

44 yaşlı Con Sandalın bir neçə aydır Əfqanıstanda özəl bir şirkətin helikopter pilotu kimi işlədiyi və ötən gün Kabuldan uçuş zamanı Taliban tərəfindən vurularaq öldürüldüyü bildirilir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm