Samira: “Gözümdən yaş gələndə ləzzət alıram”
Bizi izləyin

Tabloid.az

Samira: “Gözümdən yaş gələndə ləzzət alıram”

İnanın gözümdən yaş axanda ləzzət alıram.

Hər zaman formada olan müğənni Samira Allahverdi formada qalması haqqında danışıb. Tabloid.az xəbər verir ki, müğənni “Hər şey daxil” verilişində illərdir pəhriz saxladığını etiraf edib.

“Şirniyyat yemirəm, turşu yemirəm, şokolad mənim düşmənimdir. Sağlam qidalara üstünlük verirəm. Mən acı yeməkləri sevirəm. Acı bibər yeməyi çox sevirəm. İnanın gözümdən yaş axanda ləzzət alıram. Yeməyi soğansız yeyə bilmirəm. Sarımsağın pis qoxusu olmasa, onu da gündəlik yeyərəm. Amma vaxtilə çayxor olmuşam. Son bir ildir ki, rasionumdan çayı tamamilə çıxartmışam. Çay mədədə köp yaradır. Çay içmək əvəzinə, müxtəlif təbii otlarlardan çay kimi istifadə edirəm. Çünki aldığımız çayların tərkibi çox qarışıqdır. Yeməkdən yarım saat əvvəl mütləq 1 stəkan su içirəm. Yeməkdən yarım saat sonra fasilə verirəm, sonra çay içə bilərəm. Bütün bunlarla yanaşı idmanla da məşğul oluram”.

Müğənni əlavə edib ki, mən bunu arıqlama üçün deyil, sağlamlığım üçün edirəm.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm