Xan plov - Resept
Bizi izləyin

Tabloid.az

Xan plov - Resept

Tabloid.az Azərbaycan milli mətbəxinin ən dadlı xörəyinin - xan plovun reseptini təqdim edir:

Tabloid.az Azərbaycan milli mətbəxinin ən dadlı xörəyinin - xan plovun reseptini təqdim edir:

İnqrediyentlər:

Zəfəran – 0,5 qram

Düyü – 3 stəkan (1 st. – 200 qr.),

Duz – 1 çay qaşığı

Əridilmiş yağ– 200 qram

Tikə quzu əti – 600 qram

Ərimiş yağ – 300 qram

Baş soğan – 3-4 baş

Quru alça – 150 qram

Kişmiş – 300 qram

Ərik – 200 qram

İstiot, sarıkök – zövqə görə

Lavaş– 10 dənə

Hazırlanması:

Bu plova bəzən tac plov da deyirlər. Görkəmindən orta əsrlər şərq hökmdarlarının tacına oxşadığı üçün belə adlanır.

Düyü təmizlənir, arıdılır, yuyulur, 4-6 saat duzlu isti suda isladılır. Duzlu suda yarıbişənə qədər qaynadılır. Sonra aşsüzənə tökülüb süzülür, zəfəran əlavə edilir. Ət dördkünc tikələrə doğranır, üstünə duz, istiot, alça turşusu sürtülür.

Qazanın dibinə və divarlarına kərə yağı çəkilir.

Qeyd: Şah plov hazırlamaq üçün dibinin diametri ağzının diametrindən dar olan qazan götürülür.

Qazanın dibinə aralarına kərə yağı çəkilmiş 5 lavaş elə qoyulur ki, onlar qazanın divarlarından kənara sallansın.

Hazır lavaş ala bilərsiniz və yaxud özünüz də hazırlaya bilərsiniz.

Lavaşın hazırlanması: un, yumurta, su və bir az duz tökməklə bərk xəmir yoğrulur. Bundan xırda kündələr tutulur və 2 mm qalınlığında lavaşlar yayılır, bərk qızdırılmış tavada qızardılır (yağ tökülmür).

Qazanın dibindəki lavaşların üstünə düyünün bir hissəsi (təxminən 1/3-i) tökülür, onun üstündən ət əlavə edilir, yenə düyü (təxminən1/3-i) tökülür. Ortasına qabıqdan çıxarılmış şabalıd, ərik və kişmiş qoyulur və qalan düyü də əlavə edilib lavaşlarla kip örtülür. Qalan 5 lavaş da aralarına yağ çəkilərək düyünün üstündən qoyulur. Üstündən kərə yağı çəkilir, qapağı örtülərək temperaturu 1300S olan fırında (duxovka) bişirilir. 40 dəqiqədən sonra üstündən ərimiş kərə yağı tökülür.

80 dəqiqədən sonra fırındın çıxarılır, qapağı açılır və yağı boşaldılır, qazan yastı buluda çevrilir. Ortada deşik açılıb, plov pay-pay bölünür, qazmaq isə ləçək kimi açılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm