• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Yarım milyon alan cazibədar aktrisa: “Mən buna dəyərəm”

Yarım milyon alan cazibədar aktrisa: “Mən buna dəyərəm”

Son günlər bir reklam kampaniyasından yarım milyon dollar qazanması ilə gündəmdə olan cazibədar aktrisa Fahriyə Evcən Türkiyənin tanınmış jurnalistlərindən Aysun Özün suallarını cavablandırıb.

Sevgilisi Burak Özçivitlə çəkildiyi filmdən, gözəllik sirlərindən danışan aktrisa maraqlı açıqlamalar verib.

Bu ay “Eşq sənə bənzər” adlı filminin təqdimatı üçün Bakıya gəlməsi gözlənilən Türkiyənin ən populyar gənc və gözəl aktrisası Fahriyə Evcənin maraqlı müsahibəsini tabloid.az-ın “Şirin söhbət” layihəsi çərçivəsində oxuyacaqsınız.

Fahriye Evcen'den samimi itiraflar!

Soyuq məmləkətdə doğulub böyümüş bir qızın qışı sevməsi normaldır. Fahriyə soyuq fəsili sevsə də, özü soyuq deyil, qarşımda səmimi və gülərüzlü bir Fahriyə Evcən var. “L'oreal Paris”in yeni gözəllik elçisi Evcənlə söhbətə havalardan başladıq, gözəllikdən danışdıq, kino ilə bitirdik.

Yanvarın ortasıdır. Hava buz kimidir. Boğazın kənarında nazik tüldən bir paltarla ancaq bir avropalı titrəmədən gəzə bilər. Yaş mərmər üzərində incə topuqlu ayaqqabı ilə ancaq bir ulduz model kimi zərif yeriyə bilər. Fahriyə Evcən şəkilləri çəkilərkən də üzündəki təbəssümünü əksik etmədi. Onun kaprizli olduğu deyilir, amma 3 dərəcə şaxtada çəkiliş edərkən səsini çıxartmadığı üçün bundan sonra heç kim məni buna inandıra bilməz.

Fahriye Evcen'den samimi itiraflar!

- Heç üşümədin, bunu avropalı olmağınla əlaqələndirirəm.

- Almaniya ilə İstanbulun iqlimi çox fərqlidir. İstanbula gəldiyim ilk vaxtlarda buralar mənə inanılmaz dərəcədə isti gəlirdi, hətta gecələr istidən narahat olub yata bilmirdim. İndi də elədir. Uşaqlığım Almaniyada keçdiyi üçün orqanizmim soyuğa öyrəşib. Soyuq havanı çox sevirəm, bir az isti olan kimi dərhal soyuq yer axtarışına çıxıram.

Fahriye Evcen'den samimi itiraflar!

- Onda sənə yaxşı bir xəbər verim. Ekoloqlar yaxın gələcəkdə dünyanın buz dövrünə girəcəyini deyirlər.

- Çox gözəl. Qışda bir az yağış və ya qar yağan kimi deyinirik. Əslində hər mövsümün öz gözəlliyi var və o gözəlliyi duymaq lazımdır. 3-4 ay qış sərt keçsin, heç şikayət etmərəm. Qarı çox sevirəm. Təbiət mənim üçün hüzur mənbəyidir. Buz dövrü buyurub gələ bilər. Almaniyada qar yağmağa başlayanda 2-3 həftə yerdə qalardı. Çox soyuq olurdu. Yay isə bir həftə çəkərdi.

Fahriye Evcen'den samimi itiraflar!

- Soyuq üçün darıxdıqca Almaniyaya qaçırsan?

- Getmək istəsəm də, işdən fürsət olmur. Qışı İstanbulda keçirirəm. 1-2 dəfə fürsət düşüb Milad bayramını bizimkilərin yanında keçirmişəm.

- Oradakı uşaqlıq xatirələrin üçün darıxırsan?

- İstanbulda yaşamaq daha zövqlü gəlir. Böyüdüyüm Solingen həqiqətən kiçik, amma gözəl bir şəhər idi. Köln bizə yaxındır. Berlin, Frankfurt, Münhen kimi İstanbula bənzəyən şəhərlərdə də olmuşam. Orada qəsəbə ilə şəhər arasında fərq yoxdur, qəsəbədə də kifayət qədər inkişaf etmiş təhsil mərkəzləri və xəstəxanalara fəaliyyət göstərir. Bu, çox yaxşıdı, sıxlığa, tıxaca dözməyə məcbur olmursan. Qəsəbədə də keyfiyyətli şəkildə yaşaya bilirsən. Amma bizim qəsəbələrdə yaşamaq asan deyil. Ona görə də İstanbuldan ayrıla bilmirəm.

Fahriye Evcen'den samimi itiraflar!

- İstanbulun ən çox nəyini sevirsən?

- Türkiyədə əyləncə sektoru çox inkişaf edib. İstanbulda yaşadıqdan sonra Almaniyaya qayıtmaqda çətinlik çəkərəm. Buradakı hərəkətin, xaosun içində belə insan hüzur tapır. İnanılmaz bir şeydir. Nyu-Yorkun da belə olduğu deyilir. Çox insan var, çox problem var, amma yenə də orada yaşamaq səni xoşbəxt edir.

Almaniyada axşam saat 7-də həyat dayanır. Gecə həyatı yoxdur. Burada isə gecələr gündüzdən daha hərəkətlidir. Təbii ki, təbiətlə iç-içə olmaq, dinclik tapmaq baxımından oranı seçərəm, amma əyləncə də həyatın bir parçasıdır. Belə şəhər özündən asılılıq yaradır. Burada uzun müddət yaşayan biri başqa yerdə yaşaya bilməz. Mən də Avropaya ancaq tətil üçün gedirəm. Aktrisa həyatı müşahidə etməlidir. İstanbul da insana ilham verən şəhərdir. Hər küncündə fərqli bir mədəniyyət var.

Fahriye Evcen'den samimi itiraflar!

- Bir az da yeni reklam siması olmağından danışaq. Sən də artıq "Mən buna dəyərəm" deyirsən. Necə oldu ki, bu təklifi qəbul etdin?

-“L'oreal Paris”in tarixi 1943-cü ildən başlayır. Mən bu brendin yaşını öyrənəndə təəccübləndim. Hər qadın "Mən buna dəyərəm" demək istəyər. Çox güclü, ayaqları üzərində duran, özünə inamı yüksək olan qadınların şüarıdır. Bu cümlə dünyadakı bütün qadınları əhatə etdiyi üçün çox bəyənirəm.

Fahriye Evcen'den samimi itiraflar!

- İlk dəfədir ki, bir markayla əməkdaşlıq edirsən.

-10 illik karyeramda bu bir ilkdir. Heç vaxt pul qazanmaq üçün iş qəbul etmədim. Boş dayanmamaq üçün hər hansı serial və ya kinoya çəkilmədim. Doğru zamanı gözlədim. Kiçik yaşlarımdan bəri bu brendin məhsullarından istifadə etdiyim üçün qorxmadan təkliflərini qəbul etdim.

Fahriye Evcen'den samimi itiraflar!

- Nə zaman gözəl olduğunu başa düşdün?

- Almaniyadan bura 19 yaşımda olanda gəldim. Elə bir yaş dövrüdür ki, qadın gözəllik anlayışıyla yeni-yeni tanış olur. Bir qadın gözəllik baxımından nəyə ehtiyacı olduğunu bilməlidir. Əslində gülüşümü kəşf etdiyim gün hər şey öz həllini tapdı. O vaxtlar saç rəngimi dəyişdirmək, başqa rəngləri sınaqdan çıxartmaq istədim, amma anam, atam icazə vermədilər (Gülür). Gözəlliyimə əmin olmadığım o günlərdə saçlarımla çox oynadım. Çox qısa saç modelindən də istifadə etdim, kəkil də kəsdirdim. Uzatdıqdan sonra həmişə belə qalmağına qərar verdim. Saçımı ilk dəfə 18 yaşım olanda rənglətmişəm. Çox radikal bir qərar idi. Makiyaj da gənclik illərimdə çox köməyimə gəlib. Başqa cür o sızanaqları gizlətmək mümkün olmazdı. Otağımda oturub bəzən 2-3 saatımı saçımı daramağa, makiyaj etməyə xərcləyirdim. Bu bir qadının özünə yaraşanı tapması üçün vacibdir. Makiyaj etdikdə insanın yerişi belə dəyişir, özünə inamı artır.

Fahriye Evcen'den samimi itiraflar!

- Təbii olmaq daha yaxşı deyil?

- Əslində mən də təbiilikdən yanayam. Amma təbiilik deyəndə baxımsız olmağı nəzərdə tutmuram. Saçını, üzünü yuduqdan sonra nəmləndirməlisən. Yaxşı qidalanmalı, bol su içməlisən. Doğru şampunu, saç kremini seçmək lazımdır. Saçlarımı qurutmadan öncə və sonra müəyyən yağlardan istifadə edirəm. Bu gələcək illərə sərmayə qoymaq kimi bir şeydir. Həm bədəninə ehtiyacı olanı verməlisən, həm də ehtiyacı olandan artığını verib yormamağa diqqət etməlisən.

- Universiteti bitirdin, məzun oldun. Artıq dərsə hazırlaşmaq məcburiyyətində deyilsən. Özünü necə hiss edirsən?

- Elm aşiqi bir insanam. Universitetə buna görə davam etdim. Mənim üçün qidalana biləcəyim, əla bir mühitdir. Hələ də o 4 ildən faydalanıram. Çəkilişlərlə dərsləri elə tənzimləməli idim ki, biri o birinə maneə olmasın. Bəzən çəkilişdə olduğumun sabahısı gün imtahan olurdu. Dərs oxumaq üçün sadəcə bir gecə vaxtım olurdu. Normal tələbələr bir imtahana 5-6 gün hazırlaşırdılar. Hələ yekun imtahanlarda daha çox çətinlik çəkirdim. Bəzən testə bir dəfə baxıb çəkilişə başlamağa məcbur olurdum. 3 səhifəni yarım dəqiqədə əzbərləyirdim. Öyrəndim ki, istəyəndən sonra hər şey mümkündür. Həm oxuyub, həm də işləmək olar. Sən işlədikcə beynin və bədənin də dəstək verir, davam etmək istəyir. Heç yorulmuram. Enerji sərf etdikcə daha çox enerji istehsal edirəm.

Fahriye Evcen'den samimi itiraflar!

- Elə danışdın ki, sanki könlündən bir universitetə daxil olmaq keçir.

- Əslində istəyirəm. Amma hazırda işlərimə fokuslanmağa məcburam. İki il sonra magistraturada oxumağı düşünürəm.

- Tarix oxumağının bir aktrisa kimi sənə müsbət təsirləri varmı?

- Əlbəttə, var. Ovsunlanaraq oxuyurdum. Özünü tanımaq, kim olduğunu bilmək üçün tarixi oxumalısan.

Fahriye Evcen'den samimi itiraflar!

- Tarixdə iz qoymuş, heyran olduğun, canlandırmaq istədiyin qadın obrazı var?

- Tarixdə böyük rol oynamış inanılmaz qadınlar olub. Onsuz da ölkəmizdə tarixə işıq salan yaxşı seriallar çəkilir. Bütün ölkələr öz tarixlərindən bəhrələnərək filmlər çəkirlər. Biz də öz tariximizdən qidalanmalıyıq. Mən tarixi seriallarda çox sevərək rol alıram. Bəzən deyirlər ki, “səni artıq müasir rollarda görmək istəyirik”. Ancaq mən elə düşünmürəm. İndi də tarixi bir serialdan təklif gəlsə, yenə qəbul edərəm. Çünki həmin dövrə səyahət etmiş kimi olursan, bizdə dizayn, geyim – hər şey keyfiyyətli alınır. Hazırda bu sahədə dünyayla müqayisə edilə biləcək dərəcədə keyfiyyətli işlərə imza atırıq.

Fahriye Evcen'den samimi itiraflar!

- Almaniyada teatr təhsili almısan. Sənin üçün teatrla kino və serialın nə kimi fərqi var?

- Səhnə bambaşqadır. Mən teatr səhnəsinə cəmi bir dəfə çıxmışam. Onda da başa düşdüm ki, bu necə məsuliyyətli işdir.

Bunun üçün təkcə həyəcan, istək kifayət deyil. Daha çox təcrübə və bacarıq lazımdır. Bizim kimi kino, serial aktyor və aktrisaları isə daha çox duyğulara söykənən bir iş görürük. 1-2 köməkçi texnikamız da var. Amma teatr səhnəsində sən təksən. Çox çətin işdir.

Fahriye Evcen'den samimi itiraflar!

- Sənin çox kaprizli olduğunu deyirlər, ancaq heç elə görünmürsən…

-Mütəmadi olaraq "Xeyr, mən elə deyiləm" demək məcburiyyətində qalıram. Bu vəziyyət məni çox kədərləndirir. Bəzən özüm özümdən şübhə edirəm.

Yazılanlar düz deyil. Bu günə qədər yazılan xəbərlərin heç biri həqiqəti əks etdirməyib. Hər kəslə yola getməyə çalışan bir insanam. Çəkilişlərdə heç kimi məni gözləməyə vadar etmirəm.

Fahriye Evcen'den samimi itiraflar!

- Bir az da son filmindən danışaq. Burakla birlikdə rol aldınız. Səncə necə bir film oldu?

- İnsanın öz işini qiymətləndirməsi çox çətindir. Əslində filmi hələ izləməmişəm. Rejissorumuz Taner Ayxan idi. Necə oynadığımı bilmirəm. Amma canlandırdığım obrazı dərindən hiss etdiyimi bilirəm. Dəniz obrazını çox sevdim. Film bitəndə çox isti və çox real bir film çəkdiyimizi fikirləşdim.

Hər insanın duyğularına yaxın, filmi seyr edəcək hər kəsin özündən detallar tapa biləcəyi bir film oldu.

Fahriye Evcen'den samimi itiraflar!

- Son vaxtlar Türk filmlərində yüngül, ümid ehtiva edən ssenarilərə üstünlük verilir. İnsanlar bunu tələb edir, bu filmlər daha çox gəlir əldə edir? Səncə niyə hamı belə filmlər çəkir?

- Mən də sənin kimi düşünürəm. Bizim işimiz əyləncə sektoruna xidmət edir. İnsanlar artıq televiziya və kinonu rahatlaşmaq üçün ehtiyac duyulan bir yer kimi görürlər. Bir az həyatın xaosundan kənarlaşıb ümid verən filmlər izləmək istəyirlər. Dünyanın gündəmi çox ağırdır. Mən də bir tamaşaçı kimi əyləncəli və romantik eşq hekayələrinə üstünlük verirəm.

Kino sektoru təbii ki, bu ehtiyaca görə hərəkət edir. “Eşq sənə bənzər” ona görə çox xoşuma gəlir. Qışın ortasında isti bir yaz filmi izləməyi kim istəməz?!

Xəbər lenti

DAHA ÇOX XƏBƏR