Azərbaycanlı aktrisa: “Nişanımı oğlan evi qaytardı”
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı aktrisa: “Nişanımı oğlan evi qaytardı”

Hər zaman xoşbəxt görünən aktrisa, sən demə, tənhalıqdan əziyyət çəkir.

Azərbaycan Musiqili Komediya Teatrının aktrisası Gülçöhrə Abdullayeva həyatının ən çətin məqamlarından danışıb. Hər zaman xoşbəxt görünən aktrisa, sən demə, tənhalıqdan əziyyət çəkir.

Tabloid.az xəbər verir ki, aktrisa bu barədə ATV telekanalına müsahibəsində danışıb: "1972-ci il təvəllüdlüyəm. Ailə həyatı qurmaq istədim. Qardaşım evləndi. Uşağının olmasını gözləyirdim ki, dünyasını dəyişən bacımın adını uşağa qoyum. Bu mənim arzum idi. Amma bir gecədə hər şey dəyişdi. O vaxtdan mən də ailə qura bilməmişəm. Yalvaranlar, elçi gələnlər, rəfiqələrimlə söz göndərənlər olub. Amma nəticə olmayıb. Hətta 2 dəfə də nişanlı olmuşam. Birinci dəfə özləri nişanımı qaytarıblar. İkinci dəfə də nişan üzüyünə kimi taxdılar. Amma o yoxa çıxdı. Sevməsəydi, nişan üzüyünü niyə alırdı? Həyatda hamı məni tərk edib gedir. Hətta həyətdə bir pişik var idi. Özümdən çox ona yaxşı baxırdım. Bir gün gördüm ki, o da məni tərk edib gedib”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm