Həzmə kömək edən 1001 faydalı çay
Bizi izləyin

Tabloid.az

Həzmə kömək edən 1001 faydalı çay

Rozmarin çayının inanılmaz faydaları

Şəfa anbarı olan rozmarinin çayından mütəmadi olaraq istifadə etmək bir çox sağlamlıq problemlərinin aradan qalxmasına kömək edir.

Tibbi məqsədlə istifadə edilən rozmarin bəzi bölgələrdə yeməklərə də əlavə edilir. Ancaq rozmarinin çayını içmək onun bütün faydalı cəhətlərindən yararlanmaq üçün kifayətdir.

Tabloid.az rozmarin çayının faydalarını araşdırıb.

Bu bitkinin çayı həzmə kömək edir, beynin qavrama qabiliyyətini artırır. Təbii antioksidant mənbəyidir. Ona görə də bədəni xərçəng və ürək xəstəliklərindən qoruyur. Tərkibindəki maddələr sayəsində immunitet sistemini gücləndirir və qan dövranını yaxşılaşdırır.

Elm adamları rozmarinin beyin üçün çox faydalı bir bitki olduğunu bildirirlər. Çünki rozmarinin zəngin tərkibi yaddaşı gücləndirir. Rozmarin çayı beyinə gedən qan miqdarını artırır. Bu da alzaymer xəstəliyinin qarşısının alınmasına kömək edir. "Journal of Medicinal Food" jurnalında 2010-cu ildə yayımlanan araşdırmanın nəticələrinə görə mütəmadi olaraq kiçik dozalarda qəbul edilən rozmarin yaşlı insanlarda yaddaş qabiliyyətinin möhkəmlənməsinə yaxşı təsir edir.

Rozmarinin beynin yaşlanmasının qarşısını aldığı elmi şəkildə sübut edilib.

Rozmarinin faydaları bununla bitmir. Qan və döş xərçənginə qarşı da ən təsirli dərmanlardan biri gesab edilir. Çünki rozmarinin tərkibindəki maddələr bu xərçəng növlərinə səbəb olan hüceyrələri öldürür.

Elmi araşdırmalara davam etdikcə bu möcüzəvi bitkinin yeni yararlı xüsusiyyətləri də ortaya çıxmağa başlayır. Belə ki, rozmarin çayının təkibindəki karnosik adlı turşunun göz sağlamlığı üçün çox yararlı olduğu aydınlaşdırılıb.

Rozmarindən gözəllik proseduralarında da istifadə etmək olar.

"Journal of the American Medical Association Dermatology" adlı jurnalda yayımlanan elmi məqalədə rozmarin yağının qadınların ən böyük kabusu olan saçqıranlardan xilas olmağa kömək etdiyi bildirilir. Saçqıranlardan təmizlənən saç daha tez uzanır və sağlam görünür.

Rozmarin yağını saç diblərinə çəkib 1 saat gözlədikdən sonra ilıq su ilə yumaq lazımdır. Həmçinin bu bitkinin çayı ilə saçı yaxalamaq da faydalıdır.

Rozmarin çayı necə dəmlənir?

Böyük bir fincan qaynar suya iki çay qaşığı rozmarin əlavə edib 10 dəqiqə gözləyin. Ətri kəskin olsa da onun faydalarını yada salaraq içməkdən vaz keçməyin. Dadlandırıcı olaraq müxtəlif ədviyyat, meyvə ya da baldan istifadə etmək olar. Gündə 1-2 stəkan içmək olar.

Sonda qeyd edək ki, hamilələrə və aspirinə allergiyası olanlara rozmarin çayı içmək məsləhət deyil.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm