Dalağı təmizləyən möcüzəvi bitkilər
Bizi izləyin

Tabloid.az

Dalağı təmizləyən möcüzəvi bitkilər

Dalaq sağlamlığımız baxımından çox əhəmiyyətli funksiyası olan orqanlardan biridir

Ürəyin alt qisimi ilə qarının sol üst qismində, mədə ilə əzələli diafraqma arasında yerləşən dalaq sağlamlığımız baxımından çox əhəmiyyətli funksiyası olan orqanlardan biridir.

Dalaq tez xəstələnə bilən orqandır. Ona görə də şəfalı bitkilərlə dalağı mütəmadi olaraq təmizləmək vacibdir.

Orqanlarımızın və toxumalarımızın bitkilərlə təmizlənməsi onların funksiyalarını daha yaxşı bir şəkildə yerinə yetirmələrinə səbəb olur. Siz də dalaq sağlamlığınız üçün aşağıdaki bitkilərdən istifadə edə bilərsiniz.

Yaşlanmış qırmızı qan hüceyrələrini yox edərək dəmir mineralının qana təkrar qarışmasına kömək edən bu orqan bütün orqanizm üçün böyük əhəmiyyətə malikdir. İmmunitet sisteminin sağlam şəkildə vəzifəsini icra edə bilməsi üçün də dalağa ehtiyac var.

Tabloid.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ağ qan hüceyrələrini nizamlayan və bədəndəki bakteriyaları yox edən dalağı aşağıda adıçəkilən bitkilərlə qoruya bilərsiniz:

Buğda səmənisi: Səməninin yaşıl hissəsi bitkilərin fotosintez üçün istifadə etdiyi yaşıl piqment olan klorofil baxımından zəngindir. Klorofil hemoqlobinin və qırmızı qan hüceyrəsinin istehsalını artırar. Qırmızı qan hüceyrələri oksigen daşıdığı üçün toxumaları yüksək miqdarda oksigenlə təmin edər. Yüksək oksigen isə bədəndə yerləşmək və çoxalmaq üçün oksigensiz şərait axtaran xərçəng hüceyrələrinin inkişafına maneə olar.

Sağlam qırmızı qan hüceyrələri dalağın iş yükünü azaldır. Daha çox oksigen daşıdıqları üçün dalağın təmizlik və qoruma funksiyasını yaxşılaşdırır.

Quzuqulağı: Bu bitki elmə məlum olan təbii antioksidant mənbələrindən ən güclüsüdür. Tərkibində bol miqdarda C və E vitamini, antrakinonlar, beta-karoten və digər karotenoidlər var. Antioksidantlar qandan sərbəst radikalları təmizləyir və toksinləri yox edir.

Quzuqulağı eyni zamanda, klorofil və sitrik, həmçinin başqa antibakterial xüsusiyyətə malik turşular ehtiva edir.

Bu bitki sidikqovucu və bədəndən lazımsız mayeni xaric etmək xüsiusiyyətinə malikdir. Dalağı təmiləməkdə təsirlidir.

Qırmızı yonca da dalaq təmizləyəci bitkilərdən hesab edilir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm