Nəbahat Çəhrə Bakıda niyə ağladı? - Fotolar, Video
Bizi izləyin

Tabloid.az

Nəbahat Çəhrə Bakıda niyə ağladı? - Fotolar, Video

“Nizami” kino mərkəzində rejissor Vahid Mustafayevin “Qanlı Yanvar” filmi tədim olunub.

“Nizami” kino mərkəzində rejissor Vahid Mustafayevin “Qanlı Yanvar” filmi tədim olunub.

Filmin yaradıcı heyəti əvvəlcə Şəhidlər Xiyabanını ziyarət edib, abidə önünə əklil qoyublar. Daha sonra Ümummilli lider Heydər Əliyevin məzarı ziyarət olunub, abidəsi önünə əklil qoyulub. Filmin nümayişindən sonra ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev mərasimi açıq elan edərək, sözü “Qanlı Yanvar” filminin ssenari müəllifi və rejissoru Vahid Mustafayevə verib. V.Mustayevin çıxışından sonra səhnəyə filmin yaradıcı heyəti dəvət edilib. Ardınca Nebahat Çehrə, Vahid Mustafayev, Faiq Mirzəyev, L.Deyvis, A.Aydəmir jurnalistlərin suallarını cavablandırıblar.

Filmin təqdimat mərasiminə yaradıcı heyətlə yanaşı, bir çox rəsmi şəxslər, millət vəkilləri, ziyalılar, 20 Yanvar şəhidlərinin ailə üzvləri, KİV nümayəndələri qatılıblar.

Film nümayiş olunandan sonra məşhur aktyorlar Nəbahət Çehrə və Leyn Devis filmlə bağlı fikirlərini bildirdilər.

Nəbahət Çehrə dedi ki, film onu çox duyğulandırdı: "Azərbaycanın müstəqilliyi uğrunda can verənlərin yeri cənnətdir. Filmi izləyərkən gözlərim doldu".

Amerikalı aktyor Leyn Devis isə bildirdi ki, Azərbaycanda olmaqdan və bu ölkənin tarixini öyrənməkdən fəxr hissi keçirir.

Mərasimin sonunda rejissor Vahid Mustafayev filmin yaradıcı heyətinə təşəkkür etdi.

Qeyd edək ki, “Qanlı yanvar” filminin əsas süjet xəttini real hadisələr təşkil edir. Ekran əsəri bir neçə baş rol qəhrəmanının timsalında xalqın müstəqillik idealları uğrunda mübarizəsini canlandırır. 1990-cı ilin yanvarında baş verən hadisələrin təsvir olunduğu filmdə təcavüzkar ordunun Bakıya soxulması və qanlı qırğın törətməsini əks etdirən dramatik səhnələr yer alıb.

Qanlı yanvar hadisələrinin iştirakçısı olan rejissor Vahid Mustafayev filmdə real hadisələri canlandırmağa və insanları bu gün də düşündürən bir sıra suallara cavab tapmağa çalışıb.

Qeyd edək ki, “Qanlı Yanvar” filmi bir çox ölkələrdə nümayiş olunacaq, Azərbaycanı nüfuzlu Beynəlxalq Film festivallarında təmsil edəcək. Tamaşaçılar “Qanlı yanvar” filmini 20 yanvar 2015-ci il tarixindən etibarən, paytaxt da daxil olmaqla, ölkə kinoteatrlarında izləyə bilərlər.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm