Sağlamlıq və gözəllik verən bitkilər
Bizi izləyin

Tabloid.az

Sağlamlıq və gözəllik verən bitkilər

Təbiət ananın qucağından gələn bitkilərin bədənimizə, ruhumuza, görünüşümüzə təsirləri artıq tibbi olaraq da sübut edildi.

Təbiət ananın qucağından gələn bitkilərin bədənimizə, ruhumuza, görünüşümüzə təsirləri artıq tibbi olaraq da sübut edildi.

Çobanyastığı - sızanaq və egzamaya qarşı faydalıdır. Ənənəvi olaraq sinirləri yatırmaq və yuxuya keçişi asanlaşdırmaq üçün istifadə edilir.

Lavanda - kompres və ya losyon olaraq istifadəsi yaraların, çibanların yaxşılaşdırılmasına faydalı olur. Qaraciyərin davamlı işləməsinə kömək edir. Bu xüsusiyyəti ilə qaraciyər çatışmamazlığı, hepatit B və C, sarılıq kimi xəstəliklərdə faydası görülür.

Əməköməci - Dəridə meydana gələn qızartılara, qaşıntılara, dəri töküntülərindən və müxtəlif dəri xəstəliklərinə yaxşı gəlir. Eməköməci çayı xüsusilə selikli qişa iltihablarında, qastrit, sidik kisəsi iltihabı, mədə və bağırsaq selikli qişa iltihabından və ağız boşluğu iltihabından olduğu qədər, mədə və bağırsaq xəstəliyində də müvəffəqiyyətlə istifadə edilə bilər.

Gicitikan - Dəri xəstəliklərinin böyük hissəsinə xüsusilə egzamaya və sədəfə yaxşı gəlir, qabarıqlıqları endirir və dərini canlandırır.

Kəklik otu - Xaricdən istifadədə ağrıların azaldılması, qüvvət vermə, yaraları və kəsikləri qısa müddətdə yaxşılaşdırma xüsusiyyəti vardır.

Cökə - dərini yumşaltma, təmizləmə, saç tökülmələrinə tədbirə, dəridə meydana gələn qırmızı ləkələri yavaş-yavaş silmək xüsusiyyətinə malikdir.

Pərpətöyün - yeməyi və salatı edilən semizotu, saçın daha sürətli uzanmasına, kəpəyi önləməyə köməkçi olar. Mikrob öldürücü və yaxşı bir nəmləndirici olduğu bilinməkdədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm