• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Musa Musayev qadağan olunmuş “Şəhidlər” mahnısından danışdı - Video

Musa Musayev qadağan olunmuş “Şəhidlər” mahnısından danışdı - Video

Müğənni Musa Musayev “Şəhidlər” mahnısından danışıb.

Sözləri Mübariz Piriyevə, musiqisi Musa Musayevə aid olan bəstə Sverdlovskda yazılıb: "1990-ci il 19-dan 20-nə keçən gecə Sverdlovskda idim. Bu hadisəni qəzetlərdən oxudum. Tanklar insanların üstündən keçmişdi. Bu mənzərəni gördüm, oturub, ağladım. Biz sənət adamlarının da mübarizəsi öz sənətimizlə olmalıdır. "Şəhidlər" o zaman meydana gəldi. 1993-cü ildə bu mahnı ilin mahnısı seçildi. Daha sonra Zeynəb Xanlarova demişdi ki, Musanın bəstələdiyi "Şəhidlər"ə qulaq asanda insanın tükləri ürpəşir. Zeynəb xanım çox bəyənmişdi bu mahnını...".

Müğənni M. Musayev bu mahnıya qoyulan qadağa barədə də belə qeyd edib: "Mahnını yazdım, hara müraciət etdim vermədilər. Ruslar hər yeri ələ keçirmişdi. "Şəhidlər" mahnısının yayımına qadağa qoymuşdular. Ulu öndər Heydər Əliyev Azərbaycana gələndən sonra "Şəhidlər" mahnımın yayımına icazə verdilər. Bu gün də xalqımıza, oğlanlarını itirən analara, qardaş itirən bacılara, hər kəsə ailəmlə birlikdə baş sağlığı verirəm. Vətən yolunda ölmək şərəflidir. Başın sağ olsun, Azərbaycan".

atvxeber.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR