Soğan qocalmanı ləngidir
Bizi izləyin

Tabloid.az

Soğan qocalmanı ləngidir

Soğan qocalmanı ləngidir

Baş soğanın insan orqanizminə faydasa yaponiyalı və fransalı alimləri heyrətə gətirib. Onlar apardıqları tədqiqatlar nəticəsində bu qənaətə gəliblər ki, soğan qocalmanı ləngidir.

Əslində, bura qədər soğanın yaraları dezinfeksiya etdiyi və sağaltdığı, orqanizmi yoluxucu xəstəliklərdən və sinqadan qoruduğu məlum idi. Ancaq alimlər müəyyən ediblər ki, soğan beyin hüceyrələrini təmizləyir və qocalma prosesini ləngidir. Soğanda olan aktiv birləşmələr qana düşərək orqanizmin bir sıra həyati zonalarına müsbət təsir göstərir. Soğandan vaxtaşırı istifadə edən insanlarda yaddaşa və duyğulara cavabdeh olan beyin hüceyrələri cavan qalır.

Fransa alimləri də ölkənin şimal-şərq reginunda yaşayan qadınların üzərində araşdırma apararaq bu qənaətə gəliblər ki, yeməklərdə soğan və sarımsağın istifadə olunması döş xərçəngi xəstəliyiinə yoluxma riskini xeyli azaldır.

Onu da qeyd edək ki, xörəklərə dad verən soğanın faydaları sizi xəstəliklərdən qorumaqla sağlam və gümrah olmağınıza imkan yaradacaq. Soğanın qoxusuna görə soğandan uzaq dayananlar, soğanın faydalarını bildikdə səhv etdiklərinin fərqinə varacaqlar. Təbii ki, vacib görüşlərinizdə və ictimai həyatınızda soğan yeməyi tövsiyyə etmirik. Amma qida rasionunda tez-tez istifadə etməklə olduqca böyük faydası olduğu bildirilir. Ümumiyyətlə, bir çox mənbələrdə soğanın faydasının çox olduğu haqqında məlumatlara rast gəlinir. Hər mətbəxdə mütləq bir mənada xüsusi çəkisi olan və antibakterial xüsusiyyəti ilə bilinən soğan neməti, insanları daha çox xəstəlikdən qoruyurmuş. Minlərlə ildir alternativ tibbdə çox sayda xəstəliyin müalicəsində istifadə olunduğu bildirilən soğanın sağlamlığa aşağıdakı faydaları var:

• Soğan soyuq dəyməyə, bronxit və öskürəyə qarşı təsirlidir, bəlğəm gətirici xüsusiyyətinin olduğu geniş qeyd olunur. Öskürək üçün əzilmiş soğandan, su və bal ilə qarışdırmaqla təbii bir dərman əldə olunduğu bildirilir. Məlumatda qeyd olunur ki, soğan, ağız və diş sağlamlığında tez-tez istifadə oluna bilər. 2-3 dəqiqə müddətində yeyilən və ya dişlənən çiy soğan, ağızdakı mikrobları öldürməyi təmin etdiyi, ağızdakı yaraları isə aradan qaldırmağa köməkçi olduğu bildirilir;

• Böyrək sancılarına, böyrək və sidik kisəsi daşlarına, ödə, sidik tutkunluğuna yaxşı gəldiyi bildirilir;

• Böcək sancmalarına, yara, kəsik və yanıqlara qarşı təsirlidir. Böcək sancması nəticəsində şişən bölgələrin üzərinə dilimlənmiş soğan qoyulur, yara və yanıqların üzərinə soğan suyu ilə sarğının da faydası oluğu bildirilir;

• Damar sərtliyini aradan qaldıraraq və qan dövranını sürətləndirərək ürəyə faydası olduğu bildirilir;

• Bal ya da zeytun yağı qarışdırılan soğan suyu dərinin parlamasını təmin edir;

• Tərkibində olan afrodizyakın təsirli olduğu, cinsi gücü isə artırdığı bildirilir;

• İmmunitet sistemini gücləndirir, bədən müqavimətini artıraraq bədənə qüvvət verir.

• Soğan qanda şəkərin miqdarını və təzyiqi aşağı salır

• Həzmi asanlaşdırır

• Bağırsaqı təmizləyir

Bütün bunlarla yanaşı soğanın antibakterial təsirindən istifadə edərək epidemik xəstəliklərin qarşısını almaq mümkündür.

Bu zaman 300 qram soğanı əzdikdən sonra üzərinə 600 qram şərab əlavə edərək 100 qram balla qarışdırın və hər gün bir qaşıq istifadə edin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm