• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ağız qoxusunu aradan qaldırmağın ən sadə yolu hansıdır?

Ağız qoxusunu aradan qaldırmağın ən sadə yolu hansıdır?

Siz işdə və ya iclasda oturmusunuz, və birdən sizin diqqətinizi nə isə cəlb edir. Bu sizin yaninızda oturmuş işçilərdən biridir və siz başa düşürsünüz ki, o nahar vaxtı soğan yemişdir. Və siz hətta sezmirsiniz ki, 1 saat bundan qabaq yeyilmiş bir tikə soğan iclasdakı işçiləri stullarını uzaqlaşdırmağa məcbur edir.

Ağızdan gələn pis qoxu, siz fikirləşdiyinizdən daha çox yayılmış haldır. Doktor Harold Katsın sözlərinə görə, yer kürəsi əhalisinin üçdən biri ağızdan gələn pis qoxudan əziyyət çəkir, bir çoxları isə hətta bundan xəbərsizdirlər.

O deyir: “ona görə də siz öz nəfəsinizi hiss etməyə bilərsiniz” və əlavə edir ki, beyin iyə alışır ki, bu prosesdə akmassiya adlanır. Kaliforniyadan olan nəfəs klinikasinin banisi Kats təstiq edir ki, sizin ağzinizdan iyin gəlməsinə yediyiniz qidanin bilavastə təsiri vardir.

Amerika Dantistlər Assosassiyasının rəyinə gorə, nə qədər ki, qida orqanizimdən xaric olmayıb, iy o vaxta qədər qalacaqdır.

Belə ki, siz bir tikə sarimsaqlı qida qəbul etdiyiniz vaxtdan sarimsağin tərkibində ki komponentlər qana keçir, sonra ağ ciyərlərə çatir və sonra xaric olur-bütün bu vaxt ərzində siz iy verəcəksiniz. Aydın məsələdir ki, soğan, sarımsaq kimi qidalar nəfəsə bilavastə təsir edə bilir. Belə ki, onların tərkibində sulfitli birləşmələr vardır- məhz onlar xoşa gəlməyən iyin səbəbidir. Lakin Katsın mülahizəsinə görə daha az məlum olan iy məmbələri var ki , onlara gorə də sizin nəfəsiniz hamini otağı tərk etməyə məcbur edə bilər.

Ağızdakı bakteryialar

Pis iyin mədədən gəlməsi haqqında olan informasiya bir mifdir. Praktik olaraq həmişə iyin əmələ gəlməsinin səbəbi dilin altinda, qırtlaqda, badamcıqlarda yaşayan bakteryialardır. Bəzi ərzaqlar pis iyin dolayı səbəbi ola bilər, çünki onlar sulfit hazirlayan anayerob bakteriyalar üçün yanacaq olub, pis iyin mənbəyi olurlar. Süd, pendir, yoqurt kimi ərzaqlar da pis qoxunun səbəbi ola bilərlər. Onların tərkibində zulallar var ki, bu mənfur bakterialar onlardan yanacaq kimi istifadə edirlər, və onların həyat faliyətindən pis qoxu əmələ gəlir.

Nəfəsin təravəti üçun sizin nə içdiyiniz də vacibdir

Qəhvə - turşu birləşmələri olan mayedir, bakterialar isə turşulu mühütdə özlərini çox yaxsi hiss edirlər, çünki orda onlar cox tez artırlar. Tərkibində şəkər olan konfetlər, saqqızlar da problemlidir, çünki bakteriyalar şəkərlə qidalanırlar. Kats böyüklər üçün içkiləri məsləhət görmür, çünki alkaqol ağız boşluğunu qurudur ki, bu da bakteriyaların artmasına imkan yaradır.

Qəbul etdikləri qidada kaloriyə nəzarət edənlər də ehtiyatlı olmalıdırlar. Kats deyir ki, “siz dieta saxlayarkən ağız suyu və onunla birlikdə təbii müdafiə də azalır”. Orqanizm yığılmış piyi istifadə edib parçalayarkən, bu da xoşagəlməz iyin yaranmasına səbəb ola bilər.

Əgər siz yüksək zülallı dieta gözləyirsnizsə, bu zaman bakteriyalar zülalları amin turşularına cevirir ki, nəticədə də xoşagəlməyən iy əmələ gəlir.

Su xoşagəlməz iyi yuyub aparır

Kats iddia edir ki, xoşagəlməz iydən ən yaxşi vasitə gündə 7-8 stəkan su içməkdir. Çay da komək edir. Ağız suyu nəfəsin təravətini saxlamaq üçün təbii vasitədir. “Ağız suyunun tərkibində oksigen vardır ki, o da anayerob bakteriyaların təbii düşmənidir”. Katsin təbirinə görə “ağız suyu nə qədər çox olarsa nəfəs də bir o qədər təravətli olar”. Tərkibində çoxlu su olan qidalar- xiyarlar,kərəviz, üzüm, yerkokü, yunan qabağı da kömək edir. Qarpız və çiyələk kimi şirəli qidalar da ağız suyunun hazırlanmasını stimullaşdırdığı üçün bakteriyalardan qorunmağa komək edir. Əgər siz soğan, sarımsaq və digər ”ətirli” yeməklərdən imtina edə bilmirsiizsə, onda ağzınızı oksigenlə zəngin xüsusi məhlulla yaxalayın və dişlərinizi təmizləyin.

Katsin sözlərnə görə, ağız yaxalamaq üçün olan məhlulların tərkibindəki oksigenli birləşmələr sulfid birləşmələri ilə birləşir və qoxusuz birləşmələr yaradır. Tərkibində spirt olan ağız yaxalamaq üçün məhlullar arzu edilən nəticəni vermir, çünki ağızı qurudur.

Səhər yeməyi əhəmiyyət daşıyır

Kats səhər yeməyi etməyi hər gün məsləhət görür. O deyir ki, səhər yeməyini etməyən insanlar xoşa gəlməyən iy qazana bilər, çünki səhər qida qəbulu dərhal ağız suyunun yaranmasını stimullaşdırır. “Siz yatarkən ağız suyu hazırlanmır və buna görə də sanki ağızda sulfid hazirlayan fabrik işləyir ki, bu da 7-8 saat fəaliyyət göstərir-buna görə də bakteriyalarla mübrizə aparmalı olan nə ağız suy, nə də oksigen yoxdur”.

Dişlərin tımizlənməsi ən yaxşı iə vasitısidir. Qida qalıqları dişlərin arasinda,dildə, damaq ətrafnda yığılr.Sonra o çürüməyə başlayır və xoşa gəlməyən iy yayır. Yeməyə görə siz daim pis qoxu yaymayacaqsınız. Kats deyirki,”ağız suyu yaranan kimi bir çoxlarında təravətli nəfəs bərpa olunur”.

diabet.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR