Qadınlar hansı yaşdan sonra köklüyə meyilli olurlar?
Bizi izləyin

Tabloid.az

Qadınlar hansı yaşdan sonra köklüyə meyilli olurlar?

Qadınlar hansı yaşdan sonra köklüyə meyilli olurlar?

30-yaşdan sonra qadınların nə üçün kökəlməyə daha çox meyilli olmasının səbəbi açıqlanıb. Tabloid.az xəbər verir ki, britaniyalı alimlərin fikrincə, buna səbəb hormonal dəyişiklikdir.

Bədən formasında dəyişiklik 30 yaşından sonra hətta gözəl ölçülərə sahib olan qadınlarda belə müşahidə edilir. 40 yaşa yaxınlaşdıqca, estradiol və proqesteronun səviyyəsi azalır. Adıçəkilən hormonlar metobolizmin sürətinə və uşaq dünyaya gətirmək qabiliyyətinə cavabdehdirlər. Bunun nəticəsində maddələr mübadiləsi prosesi sürətini azaldır ki, bu da çəki artımına yol açır.

Kişilərdə isə 30-40 yaşdan sonrakı kökəlmə adətən passiv həyat tərzinə üstünlük verilməsi və pivəyə meyilliklə bağlı olur. Mütəxəssislərin isə məsləhəti eynidir - sağlam qidalanın və idmanla məşğul olun.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm