Yaraşıqlı kişilərin şərf dəbi - Fotolar
Bizi izləyin

Tabloid.az

Yaraşıqlı kişilərin şərf dəbi - Fotolar

Yaraşıqlı kişilərin şərf dəbi

Qadın dəbi, yeni tendensiyalar və kolleksiyalar haqqında mütəmadi olaraq məlumat veririk. Oxucu kütləmizin çoxu xanımlar olduğu üçün yazılarımız da əsasən onlara xitab edir. Lakin uzun müddətdir ki, bu məsələdə kişilərə haqsızlıq etdiyimi düşündüyüm üçün bir qədər kişi dəbi haqqında yazmağa qərar verdim.

Şərflər hər bir qadının qarderobunda olduğu kimi, kişilərin də qarderobunda mühüm yer tutur. Bir az romantik və retro təsiri yaradan bu aksessuar kişini dəbli və orijinal göstərir. Şərfləri düzgün seçərək görkəminizə cazibədarlıq qata bilərsiniz. Sizə bu məqaləmizdə hansı şərfi seçmək məsələsində kömək olmağa çalışacağıq.

1. Klassik şərflər: Kişilərin çoxunun gündəlik istifadə etdikləri bu şərflər əsasən yun, ipək və ya pambıq parçadan olur.

2. Damalı şərflər: Bu şərf dəbi Ərəblərdən gəlir. Ərəb şeyxləri kimi görənmək istəyən kişilər bu şərflərdən taxsalar, çox yaraşıqlı görünəcəklər. Poşi kimi də tanınan damalı şərflər kvadrat formasındadır. Ərəb ölkələrində həddindən artıq istidən qorunmaq üçün istifadə edilən bu nazik şərfləri parçaları sayəsində yayda da taxmaq olar.

3. Paşmina şərf: Bu şərf modelinin vətəni Nepal, Pakistan və Hindistandır, kişmir parçadan tikilir. Digər şərf tiplərinə görə daha uzun olan kişmir şərflər nisbətən daha yumşaq və yüngül olurlar.

4. Bağlı şərflər: Bağlı şərflər dəyirmi formadadır. Hər növ parçadan olan bu şərflərin əsas xüsusiyyəti tək növ bağlanma formasıda olmasıdır.

5. Nazik şərflər: Bu tip şərflər nazik yun və ya ipəkdən tikilir. Adətən ağ və ya qara olan bu şərflər şıq paltarlarda və ciddi üslubda üstünlük verilir.

6. Qalın toxunma şərflər: Uzun və qalın toxunma şərflər tipik qış şərfidir. Bu şərflərin min cürə taxılma qaydası var.

Fərqli şərf növlərinin müxtəlif bağlanış fasonları var.

1. Boyun bağı

1-ci şərfi bir tərəfi daha uzun olacaq şəkildə taxın, uzun tərəfi alaraq digər parçanın üzərindən qaytarın və üst tərəfindən qabağa gətirin.

2. İki dəfə dolayın

Şərfin bir tərəfini iki dəfə dolayacağınızı düşünərək bir az boş taxın. Uzun tərəfi iki dəfə dolayın və digər parçanın üstündən döndərərək üst-üstə gətirin.

3. Fransız bağlama üsülu

Şərfinizi ikiyə qatlayıb boynunuza qoyun. Şərfin uclarını birləşmə yerlərindən içəriyə doğru keçirin.



4. Düyün

Şərfin bir tərəfinə düyün atın və digər ucunu onun içindən keçirin.

5. Qalstuk

Şərfin bir tərəfini (A) uzun şəkildə taxın. Qısa tərəfi (B) üstünə gətirin və A qismi ilə üstündən keçirərək düyün atın. Qalstuk bağlamağın eyni üsulunu düşünün.

6. Motosikletçi stili

Kvadrat şərfi üçbucaq şəkildə bağlayın və boynunuzun arxasından bağlayın.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm