Ronaldo İrina Şeykdən bu qıza görə ayrılıbmış – Fotolar
Bizi izləyin

Tabloid.az

Ronaldo İrina Şeykdən bu qıza görə ayrılıbmış – Fotolar

Ronaldonun cazibədar İrinadan ayrılmasına səbəb olan qız

“Real Madrid” klubunun futbolçusu Kriştiano Ronaldonun sevgilisi məşhur model İrina Şeykdən ayrıldığını xəbər vermişdik. Beş illik münasibətlərin sona çatmasına idman jurnalisti Lusiya Villalonlanın səbəb olduğu iddia edilib.

Belə ki, 29 yaşlı cazibədar İrinadan ayrılan Ronaldonun vaxt itirmədən Lusiya Villalonla görüntülənməsi bu dedi-qoduların yayılmasına səbəb olub.

İsveçrədə təşkil olunmuş “Qızıl top” mükafatlandırma mərasimindən sonra qalibiyyətini 26 yaşlı idman jurnalisti ilə qeyd edən Ronaldonun model sevgilisini belə qısa müddətdə unutması hər kəsi təəccübləndirib.

Qeyd edək ki, Lusiya “Real”ın televiziya kanalında işləyir. Gənc qız son vaxtlar sosial şəbəkədə tez-tez Ronaldo ilə çəkilmiş fotosunu paylaşır. Lusiya “Xetafe”-“Real” matçında da Ronaldonu izləyənlər arasında olub.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm