İrina Şeykə məşhur basketbolçudan sevgi təklifi gəldi - Foto
Bizi izləyin

Tabloid.az

İrina Şeykə məşhur basketbolçudan sevgi təklifi gəldi - Foto

Sosial şəbəkədə İrinaya eşq elan etdi

Məşhur cütlük İrina Şeyklə Kriştiano Ronaldonun ayrıldıqlarını və hətta məşhur futbolçunun yeni bir eşq macərası yaşamağa başladığını xəbər vermişdik.

Təbii ki, İrina da boş dayanmayıb. Daha doğrusu bu cazibədar xanımın həyatında artıq heç kimin olmadığını öyrənən kişilər fürsətdən istifadə etməyə başlayıblar.

Belə ki, 5 il sonra “Real Madrid” klubunun ulduz futbolçusu Kriştianodan ayrılan İrinaya bu dəfə də məşhur bir basketbolçudan sevgi təklifi gəlib.

2,11 metr boyu ilə diqqətçəkən basketbolçu Giannis Antetokounmpo öz “Twitter” səhifəsində İrinaya olan eşqini etiraf edib:

“İrina Şeykin artıq subay olduğunu eşitdim. Görəsən, indi ona özəl bir mesajla təklif göndərsəm, necə olar? Yoxsa, hələ tezdir? Ha ha ha...”.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm