Ali-müsəmba plovu - Resept
Bizi izləyin

Tabloid.az

Ali-müsəmba plovu - Resept

Tabloid.az ali-müsəmba plovunun reseptini təqdim edir:

Tabloid.az ali-müsəmba plovunun reseptini təqdim edir:

Bir porsiya üçün inqrediyentlər:

Qoyun əti (kürək hissəsi və ya döş əti), – 150 qram

Ət bulyonu – 50 qram

Baş soğan – 1 baş

Ərimiş yağ – 10 qram

Ərik – 40 qram

Təzə alça – 20 qram

Mixək – 0,05 qram

Zəfəran – 0,1 qram

Darçın – 0,2 qram

Düyü – 100 qram

Əridilmiş yağ – 30 qr.

Hazırlanması:

Qoyun ətinin yumşaq hissəsi hər paya iki tikə olmaqla doğrayın və qızardın. Buna qızardılmış soğan, əvvəlcədən 4-5 saat isladılmış ərik, təzə alça, mixək, zəfəranın, darçının bir hissəsi, bulyon əlavə edilir və hazır olana qədər bişirilir.

Hazırlanmış düyü isti duzlu suda alaçiy bişirilir və aşsüzəndən süzülür. Qazanın dibinə yağz alaçiy bişmiş düyü, zəfəran tökülür və kip bağlanmış qapağın altında dəmlənilir.

Süfrəyə verilərkən əvvəlcə ağ düyü, üstündən zəfəranlı düyü və yağ tökülür, yanında meyvə və tərəvəzlə qızardılmış qoyun əti qoyulur. Üstündən qoyun ətinin şirəsi tökülür və darçın səpilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm