Şəkərbura - Resept
Bizi izləyin

Tabloid.az

Şəkərbura - Resept

Tabloid.az şəkərburanın reseptini təqdim edir:

Tabloid.az şəkərburanın reseptini təqdim edir:

İnqrediyentlər:

Badam və ya fındıq – 1 kq

Şəkər tozu – 1 kq

Hil – 8-10 ədəd

Un – 2 kq

Yumurta (sarısı) – 10 ədəd

Xama – 800 q,

Kərə yağı – 750 qram

Süd – 1 stəkan

Maya – 10 qram

Hazırlanması:

Maya 1/3 stəkan süddə islanmağa qoyulur, ora 1 xörək qaşığı şəkər tozu əlavə edilib unun içinə tökülür. Qalan süd, yumurta sarısı və yumşalmış yağ əlavə edilib xəmir yoğrulur və gəlməsi üçün isti yerə qoyulur.

Qoz və hil maşından keçirilir, şəkər tozu ilə qarışdırılır.

Xəmirdən kündələr tutulur və rozetka böyüklüyündə yayılır, ortasına iç qoyulub, qatlanır və qıraqları vintvari burula-burula bağlanır. Üstünə xüsusi maşalarla naxış vurulur. İsti fırına qoyulur və 180°S temperaturda 30-40 dəqiqə ərzində bişirilir. Üüstü qızarmamalıdır!

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm