Baloğlan Əşrəfov Brilliantdan şikayətləndi
Bizi izləyin

Tabloid.az

Baloğlan Əşrəfov Brilliantdan şikayətləndi

Əməkdar artist Baloğlan Əşrəfov onun repertuarına müraciət edən gənc müğənniləri tənqid edib.

Əməkdar artist Baloğlan Əşrəfov onun repertuarına müraciət edən gənc müğənniləri tənqid edib. O, mahnını orijinaldan yaxşı oxumayan müğənniləri tənqid edib. Müğənnin əsas tənqid obyekti isə gənc müğənni Həcər Əliyeva olub. O, Həcər Əliyevanın vaxtilə onun da ifa etdiyi “Uçan quşlar” mahnısını bərbad oxumasını dilə gətirib. Tabloid.az "Hər şey daxil" verilişinə istinadən sənətkarın fikirlərini təqdim edir:

“Həcər xanım “Uçan quşlar” mahnımı ifa edib. İstəməzdim onu bərbad gündə oxusun. O mahnının elə yerləri var ki, onu düzgün ifa lazımdır. Əgər gənclər mənim mahnımı oxuyurlarsa, məndən gözəl oxusunlar. Məsələn, türkiyəli müğənni Sərdar Ortaç mənim “Nədəndir” mahnımı məndən gözəl oxudu. Brilliant Dadaşova da məndən “Uçan quşlar” mahnımı oxumaq üçün icazə istədi. Üstündən 2 il keçib hələ də oxumayıb. O, sənətkardır. Görüb ki, orada elə boğazlar var ki, onları düzgün oxumaq lazımdır. Hələ də, gözləyir. Amma cavan uşaqlar buna fikir vermir. Cənubi Azərbaycanda mənim bir neçə mahnılarımı məndən gözəl ifa ediblər. Həmin mahnılara klip də çəkdiriblər. Mənim çox da xoşuma gəlib”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm