Cey Lonun seksual fotoları
Bizi izləyin

Tabloid.az

Cey Lonun seksual fotoları

Cennifer Lopez son günlər sosial şəbəkədə paylaşdığı fotolar və dəyişdirdiyi imici ilə gündəmdədir

Yeni filmi “The next door”un yanvarın 23-də baş tutacaq premyerasına hazırlaşan cazibədar ulduz Cennifer Lopez son günlər sosial şəbəkədə paylaşdığı fotolar və dəyişdirdiyi imici ilə gündəmdədir.

“İnstagram”da tez-tez jurnallar üçün verdiyi seksual pozalarda çəkilmiş fotoşəkillərini paylaşan müğənni və aktrisa son olaraq bikinidə çəkdirdiyi fotosunu izləyicilərinin ixtiyarına verib.

İdeal bədən quruluşunu nümayiş etdirməkdən zövq alan Cey Loya haqq qazandırmaq olar. Çünki 45 yaşında bu qədər gözəl və gənc görünmək elə də asan deyil. Bu, böyük əmək və səbir tələb edir.

Cennifer Lopez gənc görünməsini həm də seçdiyi makiyaj və geyimlərə də borcludur. Son günlərdə iştirak etdiyi verilişlərdə çəkilmiş fotolarını da izləyiciləri ilə bölüşən ulduz romantik üslubdakı geyimləri ilə göz qamaşdırır. Cey Lonun xüsusilə də gənc qızların simvolu olan çəhrayı rəngə üstünlük verməsi diqqətdən yayınmır.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm