Saçların elektriklənməyini aradan qaldırmağın yolları
Bizi izləyin

Tabloid.az

Saçların elektriklənməyini aradan qaldırmağın yolları

Qışda saçlara qulluq qaydaları

Qışda temperaturun aşağı düşməsi saçlara da təsirsiz ötüşmür. Soyuq və quru hava saçları cansızlaşdırmaqla yanaşı, həm də elektrikləndirir. Problemin həllini bilmək istəyirsinizsə, tabloid.az-ın xarici mətbuata istinadən təqdim etdiyi məqaləyə nəzər salın.

Yaz aylarında nəmdən şikayət edirik. Amma nəm olmayınca da, eynilə üzümüzdeki T bölgəsi kimi, saçımız da parlaqlığını itirir. Qış aylarında da saçınızın gözəl və sağlam görünməsini istəyirsinizsə, nə ilə döyüşdüyünüzü və onunla necə mübarizə aparcağınızı bilməyiniz vacibdir.

Əslində bütün saç tipləri, qış aylarında havada rütubət azaldığından elektriklənir. Süni sintetik paltarlar isə problemi dərinləşdirir.

Ancaq düzgün qulluqla bu problemi aradan qaldırmaq mümkündür. Odur ki, dərhal nəmləndirici şampun və saç kremi istifadə etməyə başlayın. Təbii tüklərdən istehsal edilmiş saç fırçasına az miqdarda saç spreyi püskürdüb köklərdən uclara doğru tükləri yumşaltmaq üçün darayın. Unutmayın ki, sərt və plastik tüklər saçları daha çox elektrikləndirəcək.

Xanımlar üz dərisinə qışda xüsusi qulluq etsə də, bunu saçlara da tətbiq etməyin vacibliyini ya unudurlar, ya da biganə yanaşırlar. Ona görə də soyuq havalarda saçlar bir neçə həftə içində cansızlaşır, elektriklənir. Üstəlik, saç telləriniz zəifdirsə, problem xeyli dərinləşir.

Saçlara kremi qulaq səviyyəsindən aşağıya doğru çəkməklə başlayın. Saçlarınız çox incə telli deyilsə, həftədə bir dəfə dərindən nəmləndirici maska ​​istifadə edin. Fendən əvvəl saça silikon əsaslı krem, sprey sürtmək də elektriklənməyi önləyəcək.

Dəriniz solğunlaşırsa, ona qulluq etməyi düşünürsünüz. Saçlarınız da elədir. Lakin bəzən onlara əlavə edilən yeni rəng görünüşünüzü tamamilə dəyişər. Məsələn, saçınızın önlərinə daha açıq çalarlarda rənglər – kölgələr saldırmaq yalnız saçınıza deyil, bütün görünüşünüzə yeni bir işıltı qata bilər. Saç rənginizdən bir ya da iki qat daha açıq tonlarda qoyulan kölgə hər kəsin tətildən yeni döndüyünüzü düşünməsinə səbəb olacaq.

Stilistlər qış aylarında kişmir, yun şapkalar, taxmağı, toppuz kimi zərif saç modelləri yığmağı təklif edirlər. Saçınızın üst qisimini və yanlarını incə dişli bir daraqla yüngülcə qabardın, saçınızı arxaya doğru aşağıdan at quyruğu yığın. Quyruğun alt qisimini yenə incə dişli daraqla bir az qabardın və dağınıq toppuz şəklində yığın. Saç broşi ilə saçları möhkəmləndirin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm