Elnur yenə qalib gəldi - Video
Bizi izləyin

Tabloid.az

Elnur yenə qalib gəldi - Video

Elnur yenə coşdurdu

Azərbaycanlı müğənni Elnur Hüseynov növbəti dəfə “O səs Türkiyə” mahnı yarışmasının səhnəsinə çıxıb.

Həmyerlimiz "Golden Eye" mahnısı ilə yenə də tamaşaçıları coşdurmağı bacarıb. Tamaşaçıların alqışları ilə səhnəyə çıxan Elnur duetdə komanda yoldaşı Səmraya qalib gələrək, növbəti mərhələyə keçib. Belə ki, Ebru Gündeş yenə də Elnur Hüseynovu seçərək, ona növbəti mərhələdə iştirak hüququ qazandırıb. Sonda tamaşaçıların xahişiylə Elnur mahnını ikinci dəfə səsləndirib.

Qeyd edək ki, Türkiyənin “TV8” kanalında Acun İlıcalının aparıcılığıyla təqdim edilən proqramın münsiflər heyətində tanınmış müğənnilər Hadisə, Ebru Gündeş, Gökhan Özoğuz, Mazhar Alanson və Özkan Uğur yer alıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm