• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Əsl qadınları kəşf edən dizayner Vins Kamuto dünyasını dəyişdi - Fotolar

Əsl qadınları kəşf edən dizayner Vins Kamuto dünyasını dəyişdi - Fotolar

“Vince Camuto” ayaqqabı və çanta istehsalı üzrə ixtisaslaşan məşhur Amerika brendidir. Bu brendin yaradıcısı və kreativ direktoru məşhur dizayner Vins Kamutodur. Amma daha çox o, "Nine West" moda brendinin həmtəsisçisi kimi tanınır. Tabloid.az xəbər verir ki, xanımların sevimlisi olan amerikalı dizayner bu gecə dünyasını dəyişib. O, prostat xərçəngindən əziyyət çəkirdi.

Brendin tarixinə qısaca nəzərə salaq...

Vins Kamuto öz şirkətini 2001-ci ildə yaradıb. Biznesini inkişaf etdirməklə, dizayner bir neçə nadir kolleksiyalar təqdim edir və tədricən uğur qazanmağa başlayır. Bir il sonra o, “Max Azria” və "BCBGirls" üçün ayaqqabı xəttinin hazırlayır.

Bir neçə il sonra Vins “Banana Republic”, “Sanctuary Clothing”, “Tory Burch”, “Lucky Brand Jeans” şirkətləri ilə əməkdaşlığa başlayır. Və beləliklə, "Camuto Group" genişlənir.

"Vince Camuto"-nun məhsulları yüksək keyfiyyəti, orijinal dizaynı və əlbəttə ki, rahatlığı ilə fərqlənir. Şirkətin dizaynerləri dəbdə olan trendlər əsasında bənzərsiz, zərif, tərzli ayaqqabı kolleksiyaları yaradıb. Bu brendin tüfli, tanketka, botinka ayaqqabıları qadınların qarderobunu tamamlayır və sizin obrazınızı mükəmməl şəkildə vurğulamaq gücünə malikdir. "Vince Camuto" ayaqqabısı ilə qadınlar həmişə diqqət mərkəzində olurlar. Vins Kamuto öz müsahibələrindən birində demişdir: "Biz əsl qadını kəşf edirik. Biz ona öz üslubunu yaratmaq şansı veririk. Bu, "Vince Camuto" brendinin fəlsəfəsidir"

Viktoriya Bekhem, Mayli Sayrus, Cessika Zor, Emi Adams və başqaları bu brendin ayaqqabılarını böyük məmnuniyyətlə daşıyırlar.

Amerika brendi ayaqqabı və çanta istehsalı üzrə ixtisaslaşsa da, bu gün "Camuto Group" təkcə ayaqqabı istehsal etmir. O, öz alıcılarına çanta və paltarlar da təklif edir. Lakin ayaqqabı dizaynı Vins Kamuto üçün əsas olaraq qalır.

Məşhur brend 2011 və 2014-cü illərdə modapərəst xanımlara həm də öz ətirlərini təklif edib. Qeyd edim ki, Vins Kamuto öz ətirlərini "Laurent Le Guernec", "Steve Demercado" və "Harry Fremont" kimi ətriyyat brendləri ilə əməkdaşlıq edərək yaradıb.

Vins Kamuto həyat yoldaşı ilə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR