Aparıcı Zaur Nəbioğlu efirə qayıdır - Video
Bizi izləyin

Tabloid.az

Aparıcı Zaur Nəbioğlu efirə qayıdır - Video

Yeni layihə ilə tamaşaçıların qarşısına gələcəyini bildirən məşhur aparıcı Zaur Nəbioğlu efirə qayıdır.

Yeni layihə ilə tamaşaçıların qarşısına gələcəyini bildirən məşhur aparıcı Zaur Nəbioğlu efirə qayıdır.

"Hər şey çox danışılır, amma az göstərilir, önə çıxan çox olur, amma öndə qalan az. AZ qalanların növbəsidir!”- deyən aparıcı “Bakı film”in təqdimatında ANS televiziyasında tezliklə yayımlanacaq “A-dan Z-yə” adlı yeni şou proqramla çıxış edəcək.

Tabloid.az-a açıqlama verən aparıcı susqunluğuna fərqli və maraqlı şou ilə son qoyacağını bildirib:

"Hər kəsin zövqünə oxşayan veriliş ilə evlərinizə qonaq gələcəyik. Fərqli, maraqlı və dinamik proqramda nəinki müğənnilər həmçinin aktyorlar, idmançılar, bəstəkar, şairlər və digər sahədə üzdə olan bütün insanlar qonağımız olacaq. Öndə ANS televiziyası və “Bakı film” olmaqla mənə inanan, etibar edən bu layihənin reallaşmasında köməyi dəyən hər kəsə minnətdarlığımı bildirirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm