
Aparılan araşdırmalar yumurtanın bədən yağlarının yandırılmasında mühüm rol oynadığını aşkar edib. Belə ki, İstanbul Texniki Universitetinin qida mühəndisliyi fakültəsində aparılan araşdırmada qidalar içərisində ən keyfiyyətli zülalın yumurta olduğu müəyyən edilib.
Yumurtanın tərkibində kifayət qədər və balanslı miqdarda zülal və amin turşuları var. Yumurta sağlam həyat üçün lazımlı olan A, D, E və B qrupu vitaminləri başda olmaq üzrə bir çox vitaminlər ehtiva edir.
Zülal, vitamin və mineral baxımından olduqca zəngin olan yumurta, xüsusilə uşaqların fiziki və zehni inkişafı baxımından böyük əhəmiyyət daşıyır.
Yumurta beynin inkişafında mühüm rol oynayır. Yumurtanın faydaları saymaqla bitmir. Dünyanın müxtəlif ölkələrindəki universitetlərdə yumurta ilə bağlı müxtəlif tədqiqatlar aparılır.
ABŞ-da bir universitetdə aparılan tədqiqatda yumurtanın bədən yağının əridilməsində təsirli olduğu da müəyyənləşdirilib. Yağsız əzələ kütləsinin qorunmasına yardımçı olan amin turşusunun zəngin mənbəyi olan yumurta bədən yağının yandırılmasında mühüm rol oynayır.
Universitetdə 10 həftə ərzində aparılan tədqiqatda səhər yeməyində yumurta, az yağlı süd məhsulları və yağsız ət kimi amin turşuları ilə zəngin zülal yeyən insanların, səhər yeməklərində karbohidratlarla zəngin pəhrizlə qidalanan insanlarla müqayisədə iki qat daha çox yağ yandırdıqları müəyyən olunub. Beləliklə, yumurtanın fərqli faydası daha aşkar edilib.
Yumurta nə qədər faydalıdır?
Yumurta zülal zəngin olduğu üçün yeməklərdə istifadə edilə bilər. Yumurtada 10 əsas amin turşusu mövcuddur.
Yumurta həmçinin A, D, E vitaminləri ilə zəngindir, tiamin, niacin, riboflavin, dəmir və fosfordan ibarət 11 əsas elementi təmin edir. Yeməklərə əlavə olunmuş bir neçə yumurta (60-90 q), balığı və ya ağ əti əvəz edir.
Yumurta necə qorunur?
Yumurta tez xarab olan ərzaq olduğu üçün soyuducuda karton qablaşdırmada mühafizə edilməlidir. Yumurtanı otaq temperaturunda 7 gün, soyuducuda 1 ay müddətində saxlamaq olar.
Yumurta sarısında rəng fərqliliyinin səbəbi nədir?
Yumurta sarının rəngi toyuğun yeminə görə dəyişə bilər. Yumurtanın qida dəyəri və ya keyfiyyəti üzərində hər hansı bir təsiri yoxdur. Toyuq yemində buğda üstünlük təşkil edəndə yumurta sarısı açıq, qarğıdalı olanda isə tünd olar.
Qəhvəyi, yoxsa ağ yumurta daha faydalıdır?
Yumurtanın qabıq rəngi isə toyuğun cinsi ilə bağlıdır. Qəhvəyi və ağ yumurtalar qida dəyəri və keyfiyyəti baxımından eynidir.
Bişmiş yumurta nə qədər saxlanıla bilər?
Qabığı təmizlənmiş halda 7-9 gün soyuducuda qala bilər.