• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Bud və qarnı əridən bəsit məşqlər - İzahlı fotolar

Bud və qarnı əridən bəsit məşqlər - İzahlı fotolar

Qarın və bud bölgəsindəki artıq piylərdən şikayətçisiniz? Onlardan bir an əvvəl xilas olmaq istəyirsinizsə, pəhrizlə birlikdə idman da etməlisiniz. Tabloid.az qarın və buddakı piyləri əridən bir neçə hərəkəti təqdim edir:

Körpü: Hərəkəti bu adla tanımaya bilərsiniz. Amma aşağıdakı fotoya baxanda mütləq tanış gələcək. İdman müəllimləri körpü hərəkətini çox sevirlər, nəticəni gördükdən sonra siz də çox sevəcəksiniz!

Bu məşq növünə peşəkarların üstünlük verməsinin səbəbi bədənin orta bölgəsini incəltməsidir. Körpü mövqeyi daha çox qarın bölgəsini işlətsə də, bud və omba bölgəsinə də təsir göstərir. Hərəkət əzələlərə təsir etdiyi kimi bədənin elastikliyini də artırır.

Məşqçilər hər bir hərəkəti15-20 dəfə etməyi məsləhət görür. İdmanın təsirini artırmaq üçün müəyyən fasilələrlə 3-4 dəfə təkrarlamaq zəruri hesab edilir..

Sadə körpü

Bel üstü uzanın, dizlərinizi bükün, ayaqlarınızı yerə möhkəm basdığınızdan əmin olun, qollarınızı yana açın. Hərəkəti edərkən ombanızı yerdən qaldırın. Bədəniniz dizlərinizdən kürəyinizə doğru düz xətt yaradacaq şəkildə ombanızı qaldırmağınız mühümdür. Qarın və omba əzələlərinizi sıxın və iki saniyəyə qədər bu mövqedə qalın. Sonra belinizi yavaşca endirin. Hərəkəti təkrar edin.

Körpü hərəkətini edərkən kürəyinizi deyil, ombanı yerdən qaldırın və çiyinlərinizi yuxarı qaldıracaq şəkildə sıxmayın.

kopru-1

Əllər üstündə körpü

Yenə sadə körpü mövqeyində dayanın, amma bu dəfə əllərinizin üstündə qalacaq şəkildə bədəninizi yerdən qaldırın. Bu hərəkət qarın və omba əzələlərinin daha yaxşı işləməsini təmin edir.

kopru-2

Tək tərəfli körpü

Hərəkətə başlayarkən sadə körpü vəziyyətində dayanın. Bir dizinizi sinənizə doğru çəkin və ombanı eynilə bəsit körpüdə olduğu kimi yerdən qaldırın. Hərəkəti digər dizinizi çəkərək təkrar edin.

Bu hərəkət orqanizminizin bir tərəfindəki əzələlərin daha intensiv şəkildə çalışmasına və daha güclü olmasına kömək edir.

Glute-Bridge-March

Xəbər lenti

DAHA ÇOX XƏBƏR