Toliklə Natavan bir-birinə girdi
Bizi izləyin

Tabloid.az

Toliklə Natavan bir-birinə girdi

Aygün adam qızışdırmaqda günahlandırıldı

Müğənni Natavan Həbibinin prodüser Tarix Əliyevə (Tolikə) qarşı “Şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsinə dair” iddia tələbi üzrə Bakı Apellyasiya Məhkəməsində mülki işə baxılıb.

Məhkəmə N.Həbibinin xeyrinə qərar çıxarıb. Bu haqda “İnstagram”da yazan Tolik üzr istəməyəcəyini bildirib:

“Məhkəmədə qərar qüvvədə qaldı. Bu qərarla razı deyiləm. Öz fikrimdə qalıram, Laçının işğalı günü konsert vermək istəyən hər bir müğənni mənim üçün ermənidir. Azərbaycan qanunlarına hörmət edirəm, amma mən üzr istəməyəcəm. Mən qanun qarşısında aciz ola bilərəm. Amma sənin sevgilin Himalay və onun bəzi dövlət oqranlarında işləyən dostları məni susdura bilməz. Bu ölkənin bir sahibi var və o, hər bir vətəndaşını qoruyur, mənim arxamda hökumət dayanıb. Sən susmasan, mən də lazım olan açıqlamaları və sənin əhatənin adlarını yazacağam!!!”

Ali məhkəmədə özüm çıxış edəcəyəm. Sevinmə! Səndən üzr istəsəm də, istəməsəm də əsas odur ki, fəaliyyətin əlimdədir. Nə toyun var, nə də ki, tədbirlərin. Əsas odur ki, səni hər yerdən çıxartmışam, evdə oturmusan. Sənin arxan burada kömək olmayacaq. Bəlkə başqa yerlərdə səni tapşırtda bilər, amma şou-biznesdə yox. Nəyə narahat olacağam ki? Narahat sən ol ki, 150 manata proqramlarda oxuyursan”.

Müğənni Natəvan Həbibinin də "İnstagram" bloqunda yazdıqları hədədən ibarətdir: "50 nəfər yığılıb bir yerə. Amma hamısında heç bir nəfərin də gücü yoxdur. Mənə qarşı anti-reklam kompanıyası aparırdılar öz balaca, gülünc şou aləmində. Yalandılar başdan ayaga. Şər atıb yalan uydurmaqla məşğuldular hər gün. Onlara inanan da öz taylarıdır əslində. Aygün hələ də özünə gələ bilmir, bunları üstümə salır. Axırı nə oldu? Kiminsə xoşuna nəsə gəlmirsə, su içsin və getsin burdan. Mən öz ailəmi, adımı fikirləşib hərəkət edirəm. Mənim yerimdə kim olsaydı, məndən betər addımlar atardı. Kimsə məni öz milliyyətimi, soyumu müdafiə etməkdə günahlandırırsa, deməli, elə o adam əqidəsizdir. Mən çox səbr etmişəm, çox susmuşam, amma nahaq. Indi yenə kiminsə sözü olsa, o da elə qanun qarşısında cavab verəcək. Ancag belədır. Efirdə danışmaqla, “İnstagram”da boş-boş yazmaqla deyil. Sözünüzün arxasında durmaq lazımdır! O da sizdə alınmaz. Cünki qanun qarşısında cavab verməyin vaxtı çatanda yazdıqlarınızı danırsınız. Mənə sataşmayın, cavabsız qoymaram".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm