Arzu Əliyevanın özəl günü - Fotolar
Bizi izləyin

Tabloid.az

Arzu Əliyevanın özəl günü - Fotolar

Arzu Əliyevanın özəl günü - Fotolar

Bu gün Azərbaycan prezidentinin kiçik qızı Arzu Əliyevanın doğum günüdür. Prezidentimizin gözəl və cazibədar qızı 23 yanvar 1989-cu ildə Bakıda anadan olub. Xaricdə ali təhsil alıb.

Arzu Əliyeva 2011-ci ildə iş adamı Səməd Qurbanovla evlənib, cütlüyün Aydın adında oğlu var.

Tabloid.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti,“Baku” jurnalının baş redaktoru Leyla Əliyeva bacısı Arzunu belə təbrik edib:

“Bacıma çox bağlıyam. Tam əminliklə deyə bilərəm ki, Arzu mənim üçün hər şeydir. Bizdən yaxın olan bacılar tanımıram. Arzu həmişə köməyə gəlməyə hazırdır. O, özünü yaxınlara həsr edir. Biz ailə arasında onu “sehrli çubuq” adlandırırıq. Hansısa mənada Arzu mənim də “sehrli çubuğumdur”. Təbrik edirəm, Arzu! Sənə sonsuz xoşbəxtlik arzulayıram! Həmişə belə gözəl və xeyirxah qal! Mən səni sevirəm!”

Tabloid.az kollektivi Arzu xanım Əliyevanı təbrik edir, ona can sağlığı və xoşbəxtlik arzulayır!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm