Vüsalə Rəcovadan sərt açıqlama: “Onun arxasınca düşməyəcəm ki?”
Bizi izləyin

Tabloid.az

Vüsalə Rəcovadan sərt açıqlama: “Onun arxasınca düşməyəcəm ki?”

Vüsalə Rəcovadan sərt açıqlama: “Onun arxasınca düşməyəcəm ki?”

Müğənni və teleaparıcı Vüsalə Rəcova şou-biznesin yazılmayan qanunlarından danışıb. Sənətçi bu sahədə məşhurlaşıb, keçmişini unudan, müxtəlif simaları olan bəzi şou əhlini qınadı.

“Heç kim bələkdən məşhur olmur. Elələri var məşhurluğundan istifadə edib salamsız-kəlamsız, düz keçir yuxarı başa, mən də ona əhəmiyyət vermirəm. Özümü əskik bilmirəm, məşhurdu deyə arxasına düşməyəcəm ki? Əslində, məni yaxşı tanıyır. 15 illik səhnə təcrübəmiz var, amma özünü tanımazlığa vurur. Bəziləri də var, ikiüzlüdür, səhnədə oxuyanda dediyi təriflər, efirə çıxanda, “mən o ifaçını tanımıram” fikri ilə əvəzlənir. Təəssüf edirəm ki, bəzi ifaçılar keçmişlərinə boylanmaq istəmirlər. Mənim heç kimi yola vermək kimi xarakterim olmayıb. Dostla hər zaman, hər yerdə dostam” – deyən Vüsalə xanım bu səbəbdən dost əhatəsini genişləndirməyi düşünmədiyini bildirdi.

Hər məqamda ailəsinə sığınan Vüsalə Rəcova bu günlərdə xoş gününü qeyd etdiyini bildirdi.

Oğlu Ülviyə ad günü keçirən sənətçi davamını İstanbulda qeyd etmək üçün ailəsi ilə səfərə çıxdıqlarını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm