Onun işi gözəlliyilə hamının ağlını başından almaqdır - Fotolar
Bizi izləyin

Tabloid.az

Onun işi gözəlliyilə hamının ağlını başından almaqdır - Fotolar

Olivia Palermonun möhtəşəm stili

Son illər bütün modasevərlərin diqqət mərkəzində olan bir qadın var. Bu 29 yaşlı Oliviya Palermodur. Bu zərif və zövqlü qızın nə işlə məşğul olduğunu heç kəs dəqiq bilmir.

olivia palermo elle april 2011 issue

Əslində o, “The city” adlı serialda rol aldıqdan sonra məşhurlaşsa da, Oliviyaya nə model, nə aktrisa, nə də bloqqer demək mümkündür. Çünki bu işlərlə bir müddət məşğul olsa da, insanlar sadəcə onun stili ilə maraqlanıblar. Oliviya da artıq tək bacardığı işin zövqlü geyinmək olduğunu qəbul edir. Gəlin etiraf edək ki, hər birimiz Oliviya kimi bütün vaxtımızı alış-verişdə keçirmək, sadəcə bəzənmək və özünə qulluq haqqında düşünmək istəyərdik. Ancaq təəssüf ki, hər kəs zəngin bir ailədə dünyaya gəlmir. Bəli, bizim əlimizdən gələn zəngin ailənin bu zövqlü qızının möhtəşəm stillərinə baxıb zövq almaqdır.

Ona görə də, bu dəfə tabloid.az-ın “Onların stili” layihəsində Oliviya Palermodan bəhs etməyə qərar verdim.

Oliviyanın çox gözəl olduğunu düşünmürəm. Ancaq o, özünə yaraşan geyimləri tapmaqda ustadır. Həddən artıq arıq olduğu üçün bədəninin hər hansı yerini vurğulamağa çalışmır, ən çox ayaqlarını bəyənir.

olivia palermo elle mexico april 2011 dress

Dediyim kimi, pul sarıdan korluq çəkmir. Ancaq digər stil ikonalarından fərqli olaraq bir ayaqqabını dəfələrlə geyinməkdən, eyni çantanı fərqli geyimlərlə kombinə etməkdən çəkinmir.

Populyarlığını qorumaq üçün heç bir əlavə əmək sərf etməyən Oliviya soyunmur, eşq macəraları ilə gündəmə gəlməyib. 2008-ci ildən model Cohannes Huebi ilə sevgili idi, ötən il cütlük münasibətlərini rəsmiləşdirib.

O, sadəcə dəbli və ilham verən stili ilə hamını özünə valeh edir. Nyu-Yorkun ən özəl dəvətlərinə, moda həftələrinə dəvət edilməsi üçün elə bu xüsusiyyətlər də kifayətdir. Oliviyanın iştirak etdiyi hər hansı dəvətdə başqa ulduzların şıq görünmək şansı çox azdır.

Bəs Oliviyanın stil sirləri nələrdir?

Rənglərə aludə gözəl

Mənim ilk öncə diqqətimi çəkən onun digər stil ikonalarından fərqli olaraq özünü bir neçə rəngə həbs etməməsidir.

Olivia Palermo'dan en iyi 10 görünüm - 2014

Olivia Palermo'dan en iyi 10 görünüm - 2014

Düzdür, ən çox sevdiyi rəngin sarı olduğu bəllidir.

Olivia Palermo'dan en iyi 10 görünüm - 2014

Ancaq yaşıl, çəhrayı, qırmızı, qara, qəhvəyi, mavi, narıncı – bir sözlə onu hər rəngdə geyim, ayaqqabı, çanta və aksessuarlarla görmək mümkündür.

Dəvətlərə də rəngarəng geyimlərdə gəlir. Naxışlı, rəngli və çoxlu detalları olan libaslar seçsə də, olduqca sadə görünür. Həqiqətən də qəribədir, bu qədər rəngli geyinən qadınlardan ancaq Rihannanın şıq göründüyünü düşünürəm. Yəni qarmaqarışıq geyinmək böyük riskdir, hər kəsə yaraşmır.

Əslində Oliviya belə rəngarəng geyinməsinin səbəbini italyan olması ilə əlaqələndirir. O, italyalıların rəngli və əyləncəli bir tərzə sahib olduqlarını düşünür:

“İtalyanlar əyləncəli və rəngli geyinməyi sevirlər, bu, mənim də xoşuma gəlir. Amerikada isə daha rəngsiz geyinməyə üstünlük verilir. Qara, boz, bej çalarlara meyil edirlər. Birdəki amerikalılar üçün rahatlıq şıqlıqdan daha önəmlidir”.

Onu da qeyd edim ki, Oliviya 1940-ci illərin tərzindən ilham aldığını deyir.

Dəvətlərə adətən midi və ya maksi donlarla gəlir. Xüsusi dəvətlərə gedərkən krem və ya qara rəngli uzun ziyafət libaslarını seçir. Belə günlərdə adətən, “Christian Dior”, “Giambattista Valli”, “Valentino”, “Tibi”, “Victoria Beckham”, “Matthew Williamson”, “Marchesa” kimi şıqlığı siğortalayan ən iddialı markalardan geyinir.

Olivia Palermo'dan en iyi 10 görünüm - 2014

Möhtəşəm ayaqqbılar

İki-üç rəngin harmoniyasından yaranan libaslar geyinsə də, ayaqqabı və çantada adətən tək rəngə üstünlük verir.

Dəvətlər üçün ən vazkeçilməz ayaqqabı modelləri stillettolar, səndəlllər və qısa çəkmələrdir. Dəvətlərdə hər kəsin gözü onun “Jimmy Choo”, “Charlotte Olympia”, “Guiseppe Zanotti”, “Christian Louboutin” brendlərindən seçdiyi möhtəşəm ayaqqabılarında olur.

Oliviya bir çox məşhur brendlə əməkdaşlıq edib. Onlardan biri də “Aquazzura” markasıdır. Kolleksiyanın ilk ayaqqabılarını Oliviyanın özü reklam edib.

tabloid.az

Dəvətlərdə zərifliyi ilə göz qamaşdırmağı hədəfləyən Oliviya “Hermes”, “Valentino”, “Mulberry”, “Christian Dior” moda evlərinin dəbli klatçları ilə stilini tamamlayır.

Kişi tərzində geyinməyi də xoşlayır. Şıq pencəklər stilinin vazkeçilməzidir.

Xüsusilə son bahar və qış aylarında ən məşhur stil ikonalarını belə qısqandıracaq kombinlərlə zövqünü nümayiş etdirir. Daha çox rəngarəng paltolara, kürk detalları olan qolsuz pencəklərə, şubalara üstünlük verir. Kürkü çox sevən Oliviyanın süni kürkə üstünlük verdiyini ümid edirəm.

Gündəlik həyatda da şıq və zərif

Gündəlik həyatda rahatlıq onun üçün önəmli deyil. Yenə stiletto, hündürdaban ayaq biləyində bitən çəkmə ilə gəzir. Bütün gün işləyib yorulan ulduzlardan fərqli olaraq tək işi gözəl geyinmək olan Oliviyanın rahatlığı ikinci plana atması heç də təəccüblü deyil.

Alış-verişə gedərkən, dostları ilə görüşərkən və ya itini gəzdirərkən onu rəngarəng kaprilərdə, dar şalvarlarda, qısa ətək və şortlarda görmək olar. Hətta gündəlik həyatda da bahalı və iri “Hermes” çantalarından istifadə edir. Sadə geyimlərini bu tip çantalarla kombinə edərək balansı qoruyur.

Ağ köynək və cins şalvar hər qadın kimi onun da xilas edicisidir.

Qısa ətəklər, şortlar, donlar, qolsuz pencəklər onun vazkeçilməzləri arasındadır. Oliviyanın qarderobunu dəri geyimlərsiz təsəvvür etmək mümkün deyil. Dəri şalvar, pencək, ətək və şortla stilinə seksuallıq qatır.

olivia palermo-kapri pantolon-çiçekli pantolon-stiletto-olivia palermo kıyafetleri-elbiseleri-olivia palermo ne giymiş-moda ikonu olivia palermo-olivia palermo stili-blogger-sokak-stil-etek

olivia palermo-gece kıyafetleri-pembe-dantel elbise-olivia palermo sevgilisi-olivia palermo sokak kombinleri-olivia palermo stili-moda ikonu-blog-blogger-kimdir

olivia palermo stili-olivia Palermo-palermo stili-moda-moda ikonu Olivia Palermo-moda ikonu-moda blogu-bloggerfashion blogger-ne giymiş-olivia Palermo kimdir-olivia palermo style-oliviapalermo

Gündəlik həyatda rəngarəng naxışları olan kapri şalvarlardan əl çəkə bilmir.

olivia palermo-kapri pantolon-çiçekli pantolon-stiletto-olivia palermo kıyafetleri-elbiseleri-olivia palermo ne giymiş-moda ikonu olivia palermo-olivia palermo stili-blogger

Ən çox aksessuarlara pul xərcləyir

İndi isə keçək Oliviyanın bu qədər möhtəşəm görünməsinin altında yatan əsas mətləbə. Oliviya özü də etiraf edir ki, onun qarderobunda paltardan daha çox aksessuar var. Bəli, bu gözəl xanım istər dəvətlərdə, istərsə də gündəlik həyatda çoxlu aksessuarlardan istifadə edir. Əllərinə çoxlu üzüklər taxır, iri, dəbdəbəli boyunbağılardan vaz keçmir. Qolbaq, kəmər, saç aksessuarları da onun sevimliləridir. Ancaq ən çox şıq və bahalı saatları sevir.

Ən çox aksessuara, ayaqqabı və çantalara pul xərcləyir. “Hermes” çantaları və leopardlı qısa çəkməsini isə dəfələrlə geyinərək zəngin olmağın israfçılıq etməyə haqq qazandırmadığını sübut edir.

Gözəllik sirləri

Onu ilk öncə sarı saçları ilə tanımışıq. Ancaq saçlarının rəngini açdırmağın onların korlanmasına səbəb olduğunu fərq etdiyi üçün indi daha tünd rənglərə üstünlük verir. Tez-tez saç rəngini dəyişsə, də eyni rəngin bir ton açıq və ya tünd çalarına müraciət edir. Saçlarını uzun saxlamağı xoşlayır. Bəzən düz və toppuz saç modellərinə müraciət etsə də, adətən dalğalı saçlara üstünlük verir. Bu zaman da saçın üst hissəsini olduğu kimi saxlayıb, sadəcə uclarını buruq edir. Saçlarının parlaqlığını və möhkəmliyini qorumaq üçün keyfiyyətli saç maskalarından istifadə etdiyini deyir.

"Mütləq yaxşı saç maskasından istifadə edirəm. Əvvəllər saç rəngimi açdırırdım və daha da sarışın olmağa can atırdım. Ancaq anam və sevgilim saçlarımın korlandığını dedilər. Ondan sonra saçlarımın daha az zərər görməsi üçün daha tünd bir rəngə boyatdım. İndi tünd rəngin mənə daha çox yaraşdığını düşünürəm. Hər saç modeli hər kəsə yaraşmaya bilər. Özümə ən çox yaraşan modeli seçdim”.

Olivia Palermo omuz hizası düz saç modeli ve Olivia Palermo kahve saç rengi

Geyimləri və aksessuarları ilə müqayisədə makiyajı sönük qalsa da, bu sahədə də özünə yaraşan tərzi tapıb. Mən onun makiyaj stilinin bir az Odri Hepbernə bənzədiyini düşünürəm. Adətən gözlərini layner və tuşla vurğulayır. Dəri rənginə çox yaraşan gül qurusu və ya bi raz qəhvəyiyə çalan ənliklə yanaqlarını ön plana çıxarır. Dodaqlarına isə adətən neytral rənglərdə dodaq boyaları çəkir. Nadir hallarda çəhrayı və qırmızının çox diqqət cəlb etməyən çalarlarında dodaq boyalarından istifadə edir.

"Makiyajda həmişə gözlərimi ön plana çıxardıram. Pişik gözü makiyajı çox xoşuma gəlir, arada bir onu da tətbiq edirəm. Amma düşünürəm ki, dumanlı göz makiyajı, gözəl dəri və bej rəngli dodaqlar hər geyimə uyğunlaşır”.

O, gözəl və sağlam dəriyə sahib olmağın yollarını da izah edib:

"Dəri gözəlliyimin sirri dermatoloqum Dennis Qrossda gizlidir. Kiçik yaşlarımdan etibarən davamlı olaraq onunla görüşürəm. Dərimi dərindən təmizləmək üçün ayda bir dəfə dermatoloqun yanına gedirəm və həmin günün sabahı evdən çıxmıram. Sağlam bir dəri üçün həkim məsləhəti çox əhəmiyyətlidir".

Ən sevdiyi dırnaq boyası rəngi isə qırmızıdır. Qırmızı dırnaq boyasının hər geyimlə uyğunlaşdığını düşünür.

"Uşaqlığımdan bəri dırnaq boyası çəkməyi çox sevmişəm. Manikür üçün həmişə vaxt tapıram. Manikür etdirərkən stress atıram. Qırmızı dırnaq boyası klassikadır və həmişə istifadə etmək olar. Əgər daha trend görünmək istəyirəmsə, qara rəng çəkirəm".

Dünyanın diqqət mərkəzindəki stil ikonası

Oliviya Palermo dünyaca məşhur bir çox jurnalın üz qabığına da çıxıb. Sizin üçün onlardan ən yaxşılarını seçmişəm.

olivia palermo elle mexico april 2011

Zövqü ilə bütün dünyanı heyran edən Oliviyanın tərzindən ilham almaq istəyirsinizsə, onun “Oliviapalermo.com” adlı bloqu təqib edə bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm