Zülfiyyə: “Yaradıcı insanlar depressiyaya düşməsə heç nə alınmaz”
Bizi izləyin

Tabloid.az

Zülfiyyə: “Yaradıcı insanlar depressiyaya düşməsə heç nə alınmaz”

Müğənni yaradıcı insanın inkişafı üçün depressiyaya düşməyin vacibliyini vurğulayıb.

Xalq artisti Zülfiyyə Xanbabayeva maraqlı açıqlama edib. O, yaradıcı insanın inkişafı üçün depressiyaya düşməyin vacibliyini vurğulayıb. Tabloid.az xəbər verir ki, müğənni bu haqda müğənni “Gündəlik” verilişində danışıb.

“Hərdən depressiyaya düşmək istəyirəm. Dəniz qoymur ki, mən depressiyaya düşüm. Çünki ixtiyarım yoxdur. Evdə balaca uşağım var. Bircə ana sözü məni hər şeydən xilas edir. Yaradıcı insanlar depressiyaya düşməsə heç nə alınmaz”.

Bundan başqa, xalq artisti Azərbaycandan Türkiyəyə gedib oranın şou-biznesinə qatılmaq istəyən həmkarlarını da qınayıb.

“Ora gedib orada özümə yer eləməkdənsə, vətənimdə qalıb ən yuxarı yerimdə oturaram. Onlar bizi qəbul etmirlər. Türkiyəlilər çox millətpərəstdirlər. Türkiyə şou-biznesinə qatılmaq istəyənlər nə gördü ki, mən orada nə görüm?”

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm