Toyuq ləvəngisi - Resept
Bizi izləyin

Tabloid.az

Toyuq ləvəngisi - Resept

Tabloid.az toyuq ləvəngisinin reseptini təqdim edir:

Tabloid.az toyuq ləvəngisinin reseptini təqdim edir:

İnqrediyentlər:

Toyuq – 1 əd.,

Qoz – ½stəkan,

Baş soğan – 1 baş,

Alça qurusu – 5-6 əd.,

Narşərab – 1 xörək qaşığı və ya

Alça turşusu – 2 xörək qaşığı

Bitki yağı – 1 xörək qaşığı,

Duz – zövqə görə

Hazırlanması:

Toyuq daxildən və xaricdən duzlanır, qoz və soğan ət maşınından keçirilir, soğan sıxılıb suyu çıxarılır, qoz ilə qarışdırılır, ona narşərab və ya alça turşusu qatılıb qarışdırılır və toyuğun içinə doldurulur. Toyuq tikilir və üstündən alça turşusu sürtülüb sobada 1 saat ərzində 180˚S-də qızardılır. Toyuğun qurumaması üçün tavaya 1 stəkan su tökülür. Bu xörəyi həm isti halda, həm də soyuq halda süfrəyə vermək olar.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm