Tabloid.az
Gürzə - Resept
Tabloid.az gürzənin reseptini təqdim edir:
İnqrediyentlər:
Qoyun əti (mal əti və ya dana əti ) – 500 q,
Baş soğan – 3 baş,
Quyruq – 100 q (xoşlayanlar üçün),
Şüyüd – 1 dəstə,
Sarımsaqlı qatıq sousu – zövqə görə.
Xəmir üçün:
Un – 500 q,
Yumurta – 1 əd.,
Su – 2-2½stəkan,
Bir çimdik duz
Hazırlanması:
Ət, soğan və quyruq ət maşınından keçirilib qiymə hazırlanır. Qiymə duzlanır, istiotlanır və yağda qızardılır.
Bərk xəmir yoğrulur, 1 mmnazikliyində yayılır və stəkanın ağzı ilə dairələr kəsilir. Hər dairənin ortasına qiymə qoyulur, iki tərəfi bir-birinin üstünə gətirilməklə ilanvari bağlanır və bir tərəfindən balaca deşik saxlanılır. Gürzələr ya ət suyuna, ya da duzlanmış qaynar suya tökülüb 5-10 dəqiqə gürzələr üzə çıxana qədər bişirilir. Hazır gürzələr kəfkirlə sudan çıxarılır və nimçəyə yığılır. Üstündən sarımsaqlı qatıq, yaxud pomidor qızartması tökülür və narın doğranmış şüyüd səpilir. Boşqaba bir-iki qaşıq gürzənin bulyonundan da tökmək olar. Gürzələri qızartmaq da olar.
Nuş olsun!
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middltonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək