Kişilərin də, qadınların da qibtə ilə baxdığı gözəllər - Fotolar
Bizi izləyin

Tabloid.az

Kişilərin də, qadınların da qibtə ilə baxdığı gözəllər - Fotolar

Kişilərin də, qadınların da qibtə ilə baxdığı gözəllər

Beyons, Cenifer Lopez, Sofia Verqara kimi məşhur ulduzlar var ki, onlara baxanda heyranlığımızı gizlədə bilmirik. Saçı, dırnaqları, makiyajı, geyimləri ilə bizi heyrətə salan həmin məşhurlar öz uğurlu seçimləri ilə stil ikonasına çevrilirlər. Maraqlısı odur ki, onlar ana olandan sonra qazandıqları artıq çəkidən qısa müddət ərzində xilas olurlar. Necə? Tabloid.az bizə ilham verən məşhurların formada qalma metodlarını təqdim edir:

Beyonsun cazibədar bədəninə yalnız kişilər deyil, qadınlar da qibtə ilə baxır. Məşhur müğənninin diyetoloqu hesab edir ki, Beyons səy göstərməsə idi, bu bədənə heç zaman qovuşa bilməzdi. Doğuşdan sonra 22 günlük veqan pəhrizi saxlayan müğənni eyni zamanda ağırlığı squatı (oturub-durmaq) lunge (həmlə), polimetrik məşqlər, dırmaşma kimi fitness proqramına əməl edib. Borqes bildirir ki, "Sağlamlıq onun üçün hər şey deməkdir. Yeganə istəyi özünü yaxşı hiss etməkdir".

beyonce-widescreen

Cenifer Lopez əkizləri Maks və Emmeyi dünyaya gətirdikdən sonra aldığı artıq çəkidən veqan pəhrizi ilə xilas olub. Ceylo “Altı il əvvəl uşaqlarım dünyaya gəldikdən sonra hamiləlikdə aldığım inadcıl çəkilərdən heç cürə xilas ola bilmirdim. Lakin veqan pəhrizi ilə öz istəyimə nail oldum. Vegeterian pəhrizinə müsbət baxırsınızsa, tərəvəzlərlə daha tez barışacaqsınız. Həm həyatınızı, həm də sağlamlığınızı dəyişdirəcək", - deyir.

Unutmayın ki, paxlakimilər, tərəvəzlər və quru meyvələrdən ibarət qidalanma menyusu enerjinizi artırıb, bədəni gümrahlaşdırır.

1415722439 jennifer-lopez-b

27 yaşlı model britaniyalı model Rose Huntinqton-Vayteley Hollivudda yaşamağın onun formada qalmasına böyük kömək etdiyinə inanır. “Hər şey məşqlə başlayır. Daha sonra özünüzə baxmaq istəyirsiniz və bədəninizə daha yaxşı qulluq edirsiniz. Sağlam qidalanırsınız. Çəkiliş vaxtı bədən quruluşuma daha çox vaxt ayırıram. Odur ki, qida rassionuma da diqqət etməli oluram. Məsələn, karbohidratı kəsdiyim zaman yaxşı nəticələr əldə edirəm. Ona görə də böyük tədbirlərdən əvvəl nə yediyimə fikir verirəm. Hollivud və gözəl görünmək eşqi insanı fitnessə və idmana həvəsləndirir. İdman artıq həyat tərzimə çevrilib.

Rosie Huntington-Whiteley

Orta əsrlərdə yaşasaydıq, bu yaxınlarda ana olan Skarlet Yoxansonun əvvəlki formasına qayıtması üçün sehrli, ya da hər hansı tilsimli yollardan istifadə etdiyini düşünərdik. Bəs, görəsən, seksual aktrisa formada qalmaq üçün nələr edir? "Qidalanma menyusunda brokkoli, qızıl balıq və bir çox başqa tərəvəzlər yer alır. Bir sözlə, təbii və tərkibində kimyəvi maddələr olmayan qidalara üstünlük verirəm. Hər səhər mən də bütün qadınlar kimi kökəldiyimə görə narahatçılıq keçirirəm. Amma bu bir həqiqətdir ki, idman salonunda çox vaxt xərcləmək istədiyiniz paltarların içinə sığmağa kömək edir”.

scarlett-johansson-in-calif

42 yaşlı Kolumbiyalı ulduz Sofiya Verqara daim qırmızı xalının ən gözəl qadınlarından biri seçilir. Bəs, 45 yaşlı bu gözəlin formada qalmaq sirri nədir?

“Qidalanma menyusunda hər zaman daha çox yaşıl yarpaqlı bitki və tərəvəzlərə yer verirəm. Daha sağlam qidalanmağa, təbii çəkilmiş meyvə suyu içməyə və tərəvəz yeməyə çalışıram” deyir. Verqaranın daha bir sirri də var. Belə ki, o hər gün mütəmadi olaraq pilates və rəqs dərsi alır.

www bruce juice com -454

Oxumağa davam et
Reklam
Reklam

Gündəm