Tabloid.az
Müğənni Günay İbrahimli inzibati məsuliyyətə cəlb edilə bilər
Müğənni Günay İbrahimli və prodüsseri Təranə Səmədova metronun “Nizami Gəncəvi” stansiyasında fotossesiya etdiriblər. Fotolar sosial şəbəkədə paylaşılıb.
Lakin metroda çəkiliş etmək qanunla qadağandır. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev metroda çəkilişin qadağan olduğunu, konkret faktla bağlı məlumatsız olduğunu deyib:
“Bütün çəkilişə nəzarət etmək mümkün olmur. Gün ərzindən metrodan 700 min sərnişin istifadə edir. Bütün sərnişinlərin əlində telefon olur, çəkiliş telefonla edilə bilər. Lakin ciddi qayda pozuntusu olarsa, həmin şəxslər inzibati məsuliyyətə cəlb edilir. Metropolitenin fəaliyyəti, iş prosesi, sərnişinlərin hərəkətinə mane olacaq hər hansı çəkilişi müəyyən etmək o qədər də çətin proses deyil. Çünki bütün stansiyalarda kameralar quraşdırılıb. Lakin insanlar özləri ilk növbədə dərk etməlidirlər ki, metroda çəkiliş etmək qadağandır. Qadağan edilibsə, bunun bir səbəbi var. Bu qaydanı pozmaq olmaz”.
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya23 Aprel 21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO