• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Cinsi istəksizliyə səbəb olan 9 amil

Cinsi istəksizliyə səbəb olan 9 amil

Bir müddətdir yataq otağında istədiyiniz performansı nümayiş etdirə bilmirsinizsə, qorxmayın. Çünki bu ciddi xəstəliklərə yaxalandığınızın işarəti deyil. Bu, ehtirasın “qatili” olaraq bilinən bəzi amillərin təsiri ilə ola bilər.

Ehtirası azaladaraq cinsi istəksizlik yaradan qida və dərmanlardan uzaq duraraq daha xoşbəxt seks həyatına qovuşa bilərsiniz.
Tabloid.az cinsi istəyi azaldan amilləri araşdırıb:

Ağ çörək


Həddən artıq ağ çörək və ya əla növ undan hazırlanmış xəmir xörəkləri, bulkalar, şirniyyatlar yemək seks istəyini azaldır. Buna səbəb ağ çörəyin və digər xəmir xörəklərinin tərkibində olan şəkər miqdarının bədənin enerji tarazlılığını pozmasıdır. Belə qidaları həddən artıq qəbul etdikdə gecələr sadəcə yuxuya getmək istəyəcəksiniz, seks isə heç ağlınızın ucundan da keçməyəcək. Sizcə, bu vəziyyətə partnyorunuz nə qədər müddət göz yuma bilər?

Qrip dərmanları


Səbəbi qəti olaraq bilinməsə də, bu dərmanların ehtirası azaltdığı sübut edilib. Odur ki, qrip dərmanlarından istifadə etdiyiniz günlər partnyorunuzun könlünü başqa şəkildə almağa çalışın.

Dəmir əskikliyi


Dəmir əksikliyi daha çox qadınlarda müşahidə edilir və istəksizliyə, cinsi həyatdan soyumağa gətirib çıxara bilir. Ət, mərci və digər dəmir qaynağı olan qidalarla bu problemi aradan qaldırın. Əgər cinsi istəksiliyinizin səbəbi dəmir əksikliyidirsə, dəmirlə zəngin qidalar 1 həftə içərisində probleminizi həll edəcək.

Təzyiq dərmanları


Qrip dərmanları kimi təzyiq dərmanları da ehtirası öldürürür. Qan təzyiqini nizamlayan bu dərmanlar kişilərin ereksiya olmasını çətinləşdirir.

Alma tipli bədən


Qarın hissəsində çox piy yığılan, bel ətrafı qalın olan insanlarda cinsi istəksizlikdən əziyyət çəkə bilərlər. İdeal kilonuzu qorumaq və ya onu əldə etmək üçün sağlam qidalanın və idmanla məşğul olun.

Spirtli içki


Spirtli içkilər seks istəyini azlatmaqla yanaşı, kişilərin sperma istehsalına da mənfi təsir edir. Xoşbəxt seks həyatı üçün pis vərdişlərinizi tərgidin.

Sürətli kilo vermək


Şok pəhrizlə bir anda çox arıqlamaq həm sağlamlığınıza, həm də cinsi həyatınıza mənfi təsir edə bilər. Qısa müddətdə çox kilo itirmək sizin hormonlarınıza təsir edir. Bu da cinsi istəyin azalması ilə nəticələnə bilər.

Viaqra


Viaqra və bitki tərkibli başqa bu tip dərmanlar əks effekt verə bilər. Tərkibində ağır kimyəvi metallar olan həmin dərmanlar cisni istəyinizi artırmaq əvəzinə, istəksizlik yarada bilər. Bunlardan istifadə etmək ürək xəstələri üçün də təhlükəlidir.

Şəkər xəstəliyi


Qan dövranı cinsi həyata birbaşa təsir edir. Qan normal dövr edə bilməyəndə cinsi performansda da problemlər başlayır. Qan dövranının sürətinin azalmasına səbəb olan şəkər xəstəliyi kimi problemlər ereksiya olmağınıza maneə yarada bilər.
Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR