Qış qarderobunu zənginləşdirən vodolazka dəbi - Fotolar
Bizi izləyin

Tabloid.az

Qış qarderobunu zənginləşdirən vodolazka dəbi - Fotolar

Qış qarderobunu zənginləşdirən vodolazka dəbi

Vodolazkalar qış qarderobunu zənginləşdirən klassik geyim olsa da, bəzi xanımlar onlarla açıq-aşkar düşmənçilik yaşayırlar. Sizcə, niyə?

Buna qaşınma, tikanlı olması, boğazı sıxması, klaustrofobiya kimi hallar və digər uşaqlıq xatirələrinin bizi heç zaman tərk etməməsi səbəb ola bilər. Burada üslub amili də rol oynayır. Lakin qış ayını sağlam başa vurmaq üçün qarderobunuzda bir deyil, bir neçə vodolazka daxil etməlisiniz. Tabloid.az xəbər verir ki, kətan və yun parçadan tikilmiş, nazik, bədənə oturan, boğazı yöndəmsiz sviterlər bu mövsüm aktualdır. Onlardan alsanız, sizin uduzmayacağımız dəqiqdir.

Bəs uzunboğaz sviterləri nə ilə geyinək ki, üslubunuza xələl gəlməsin?

Lasinlər və ya cinslərlə: Vodolazkalar dar cinslər və lasin ilə gözəl qalır. Obrazın darıxdırıcı olmaması üçün uzun kolyelər, böyük qaşlı üzüklər və sırğalar taxın.

Klassik şalvarlar: Vodolazkalar cinslər kimi, klassik şalvarlarla da yola gedir. Bu tərz klassik qlamur stil ofis stili üçün uyğundur. Lakin ofis stili üçün aksessuarların üzərinizdə qışqırmamasına diqqət edin.

Xəz jiletlərlə: Vodolazka xəz jiletlərlə çox gözəl uzlaşır. Bu, nəinki isti saxlayır, həm də müəyyən üslub yaradır. Vodolazka xəz jiletlərlə xüsusilə gözəl görünür. Unutmayın ki, parlaq görünmək üçün ziddiyyət yaratmaq tələb olunur. Gözləri yormamaq üçün hər iksini yaxın rəng qammasında seçməyə çalışın.

Paltar və ya sarafanla: Qısa qollu paltarlar hər bir qadının qarderobunda var. Əgər parçanın fakturası onu payızda və ya qışda daşımağa imkan verirsə, onda vodolazkanı donun altından cəsarətlə geyinə bilərsiniz. Qalın kolqotkalar sizin tərzinizi mövsümə uyğunlaşdıracaq.

Yubka ilə: Vodolazkanın hər geyimlə yaraşmasını və universal olmasını bir daha təkrar edirəm. Yubka vodolazkanı vurğulayan sərfəli geyimdir. Fasonları tamamilə fərqli götürmək olar. Bu, qalın parçadan olan yubka-karandaşlar və ya yumşaq-yüngül yubkalar ola bilər. Ətəyin uzunluğunun fərqi yoxdur: mini, midi, hətta maksi də ola bilər. Bütün bunlar sizin zövqünüzdən asılıdır.

Nə yaxşı ki, qışda alternativ və nadir obrazlar yaratmaq üçün vodolazkalar var. Əgər siz vodolazkaları uyğunlaşdırmaqda çətinlik çəkirsinizsə, aşağıdakı hazır obrazlara nəzər salın.

Müasir vodolazkalar necə yaranıb?

“Vodolaz” rus dilindən tərcümədə dalğıc deməkdir. Bu, isə əbəs deyil. Belə ki, sən demə vodolazkalar ilk dəfə dalğıclar üçün nəzərdə tutulub. Vodolazkaların kəşfi XIX əsrə aiddir. Vodolazkaların uzun boğazı boyun dərisini skafandra (baş geyimi) ilə təmasından qorumağa imkan verirdi.

Daha sonra onu idmançılar və təyyarəçilər geyinməyə başladılar. Bu nadir əşyaların forması küləkdən və istidən qorunmağa kömək edirdi. Təyyarəçilərdən sonra vodolazkalar fransız yarışçılardan, sadə vətəndaşlara qədər də gəlib çatır.

Vodolazka öz müasirliyini Pyer Kardenə borcludur. Onun ilk hazır qadın geyim kolleksiyasını hər rəngdə vodolazkalar əlvanlaşdırırdı. O dövrdə boğaza yapışan vodolazkalar çox populyar idi. Razılaşın ki, bu model elə indi də həmin şöhrətə malikdir.

Bu rahat sviterlərin tanıdılmasında daha bir şəxs: uzun və gözəl boynu sayəsində öz töhfəsini vermişdir. Britaniyalı supermodel Tviqqi vodolazkaları çox sevir və hər dəfə fərqli üslublarda nümayiş etdirirdi.

Bitlz qrupu, Elvis Presli, Bono, bir də "Apple" şirkətinin rəhbəri Stiv Cobs bu tərzin haqqını layiqli şəkildə veriblər. Dünya şöhrətli şirkətinin qurucusu Stiv Cobs uzun illər öz qara vodolazkasından ayrılmamışdı. Qara sviteri onu fərqləndirən əsas xüsusiyyəti olub.

знаменитости в водолазке

Oxumağa davam et
Reklam
Reklam

Gündəm