Aydan Salahova: “Hər kəs düşünür ki, mən yad planetliyəm”
Bizi izləyin

Tabloid.az

Aydan Salahova: “Hər kəs düşünür ki, mən yad planetliyəm”

Aydan Salahova: “Hər kəs düşünür ki, mən yad planetliyəm”

Xalq rəssamı Tahir Salahovun qızı, tanınmış rəssam Aydan Salahova “Nargis” jurnalına verdiyi müsahibədə həyata baxışından, atası ilə münasibətlərindən və gələcək planları barədə danışıb.Tabloid.az buro247.az-a istinadən maraqlı müsahibəni təqdim edir:

- Aydan, müsahibəyə gələrkən, yol boyu sizin əslində necə insan olduğunuzu təsəvvür etməyə çalışırdım. Haqqınızda müxtəlif fikirlər səslənir və nədənsə çoxları sizi mürəkkəb insan kimi qəbul edir.

- Görünüşüm belədir, saç düzümü qeyri-adidir, burun uzundur. Cavabı mən də bilmirəm, özüm təəccüblənirəm.

- Adınız sizin üçün taleyüklü oldumu? Aydan "Aydan düşmüş" mənasını verir.

- Elədir... Düşünürlər ki, mən yad planetliyəm. Hətta oğlum da bu fikirdədir.
Aydan Salahova:

- Yaradıcılığınızda müxtəlif mövzulara, hətta din mövzusuna toxunursunuz. Hansı mövzu sizin üçün əhəmiyyətlidir?

- Din mövzusu əslində mənim üçün əsas deyil. Məni hər sahədə qadın mövzuları maraqlandırır. Məsələn, çarşab... Məncə, qadın çarşab geyinərkən sosial qaydalardan, düşüncələrdən qapanır, özü ilə ünsiyyət daha səmimi olur. Qadınların kişilərdən fərqli olaraq ikinci beyni var. Bu da onlara daha yaxşı müşahidələr etməyə imkan yaradır. Qadın özünü kişinin yerinə qoyub, hərəkətlərinə, düşüncələrinə nəzarət etməyə qadirdir. Əlbəttə bu, şizofreniya əlamətidir.

- Bəs çılpaqlığın hansı üstünlükləri var?

- Kişilərin incəsənətlə məşğul olduğu bütün zamanlarda qadın ehtiras obyekti kimi çılpaq çıxış edib. Bu da başadüşüləndir. Mən öz işlərimdə kişiləri istək obyekti olaraq təqdim edirəm, çünki mənim incəsənətim qadınlar üçündür. Onu da qeyd edim ki, qadın və kişi olmasından asılı olmayaraq, insan bədəni çox gözəldir.

- İndi qızlar soyunmağa daha çox üstünlük verirlər...

- Yəqin onlara elə gəlir ki, belə daha yaxşı və rahatdır.

Aydan Salahova:

- Bəs sizin üçün necə daha yaxşıdır?

- Geyim bir növ, insanın ssenari və ya bəzən əhval-ruhiyyəyə uyğun olaraq geyindiyi "teatrdır". Mən Dubayda çarşabda da, minidə də gəzmişəm, Karrarada olanda isə ancaq iş geyimində gəzirəm. Bu maksimum həzz verir, bəzənmək, daranmaq lazım olmur. Ümumiyyətlə isə mən trenikləri sevirəm.

- Hazırda Contemprorary art dediyimiz anlayış əsasən epatajla əlaqələndirilir...

- Bəzi rəssamlar bu yolla şəxsi ideyalarını və fikirlərini ifadə edirlər. Bəzi istedadsızlar bunun üçün heç bir bəhanə olmadan auditoriyanın savadsızlığına vurğu edərək çox bezdirici epataj edirlər. Nəyin yaxşı, nəyin pis olduğunu anlamaq üçün müasir incəsənəti bilmək lazımdır!

- Müasir teatr incəsənətinə necə yanaşırsınız?

- Teatrı qətiyyən sevmirəm və getmirəm.

Aydan Salahova:

- Bəs nəyi sevirsiniz?

- Kinoya getməyi, rəqs etməyi və gecə klublarında əylənməyi...

- İstədiyi kimi yaşayan və özünü çərçivələrlə məhdudlaşdırmayan insanlara nadir hallarda rast gəlirik. Siz də o nadir insanlardansınız. Bu sizdə necə alınır?

- Cavab sadədir: mən sadəcə, istədiyim şeyləri edirəm. Yaş artdıqca yalnız vaxtı qiymətləndirirsən.

- Buna görə qalereyanızı bağladınız?

- Bəli. Həyatımın qalanını qalereya fəaliyyətinə sərf etmək istəmirdim. Şəxsi vaxtıma daha diqqətlə və qənaətlə yanaşmağa başladım. Məsələn, köməkçim deyəndə ki, görüş olmalıdır, həmin vaxt düşünürəm: bu görüşə həyatımın bir hissəsini sərf etməyə dəyərmi? İnsanlar qarşısında yaxşı və ya pis olacam, reaksiyalar nə olacaq - uzun müddətdir ki, bunları vecimə almıram.

- Dünya ilə aranızda harmoniyanı necə yarada bilmisiniz?

- Bunun üçün çox şeylərdən keçməli oldum: ailəm, cəmiyyət, siyasi aləm. İnsanlar qayğılara çox böyük diqqət ayırırlar, sonda isə istədikləri kimi deyil, qəbul olunduqları kimi davranırlar və aydın olur ki, onlar öz həyatlarını yaşamayıblar. Gec olsa da, mənə aydın oldu ki, xoşbəxtlik özünə qarşı getmədiyin harmonik vəziyyətdir. Heç vaxt özünə qarşı getmək olmaz. Xüsusilə də bu qadınlara aiddir. Çünki bizim qadınların ümumiyyətlə kimin həyatını yaşadığı məlum deyil. Ola bilsin ki, onlara ərə getmək lazım deyil, ancaq gedirlər, uşaq lazım deyil, amma 10 uşaq doğurlar. İstəklərini dəqiq anlamalısan.

Aydan Salahova:

- Oğlunuzun belə tez evlənməsinə münasibətiniz necə oldu? Onun hələ 21 yaşı var axı...

- Çox yaxşı yanaşıram, çünki onun və həyat yoldaşı Aniçkanın həyata baxışı düzgündür. Onlar çox şeyi başa düşən cütlükdür və bir birlərini öz münasibətləri ilə boğmayacaqlar.

- Bu gün münasibət qurmaq niyə belə çətindir?

- Mən ancaq özüm barədə danışa bilərəm. Yaradıcı adam, rəssam olduğumdan münasibətlərdə olmaq mənim üçün çətindir. Təcrübə göstərir ki, heç bir kişi ikinci planda olmaq istəmir. Mənə görə isə birinci yerdə həmişə incəsənətdir.

- Bəs sevgi? Yoxsa siz onun birinciliyini qəbul etmirsiniz?

- Əvvəllər hesab edirdim ki, sevgi - insanın öz məninin öldürülməsidir. Hətta "sevgi və ölüm" adlı bir işim də var. Hazırda mənim üçün şərtsiz sevgi var: bu sakit, bərabər hislərdir, ehtiras və dağıdıcılıq deyil... Yaş keçdikcə özünə əks getmədən sevməyi öyrənirsən.

Aydan Salahova:

- Bəs incəsənət olan sevginiz? Bu sevgidə nə daha çoxdur: hislər, yoxsa ehtiraslar?

- Hislər.

- Atanızla müsahibədə olarkən, sizin barənizdə danışarda üzünün necə dəyişdiyini gördüm. Gözlərində xoşbəxtlik hiss olunurdu. Münasibətləriniz necədir?

- Biz dostuq: iş yoldaşı iş yoldaşı ilə, rəssam rəssamla olduğu kimi. Atam uşaqlıqdan hər şeyə hörmətlə yanaşıb, mənə azadlıq verib. O eyni zamanda gözəl məsləhətçidir - qulaq asır və yönləndirir. Mənim üçün Tahir Salahov yalnız ata deyil. O hər şeydən əvvəl rəssam, yaradıcı insandır. O da eynilə düşünür ki, mən əvvəlcə rəssam, sonra övladam.

- Münasibətlərinizdə "atalar və övladlar" problemi olmayıb?

- Bir dəfə çılpaq şəklimin olduğu müsahibəyə görə böyük səs-küy yarandı. Atam zəng edib soruşdu: "Nə baş verib?" Biz görüşdük və jurnalı ona göstərdim. O baxıb və dedi: "Əla şəkildir, yaxşı da poza verirsən. Fotoqraf kimdir?". O rəssamdır, bu şəkildə qızının çılpaq olduğunu deyil, incəsənət gördü.

- İllərlə Moskvada yaşayıb, hirsli olmamağı necə bacarmısınız?

- Moskvanı çox sevirəm, amma burada hətta aeroportda sərhəd mühazifəçisini belə görəndə "Bir az gülümsə, rahatlayarsan" demək istəyirsən.

Aydan Salahova:

- Siz isə sərt rəqabətin, paxıllığın, intriqaların olduğu mürəkkəb dünyada yaşayırsınız.

- Mən belə şeylərdən uzağam. İnstituta gedirəm, dərsimi keçirəm və işlərimin dalınca gedirəm. Müəllimlər arasında nələrin baş verdiyi məni maraqlandırmır. Qalereyam olanda da belə şeylərdən kənardaydım.

- Gələcəklə bağlı hansı planlar qurursunuz?

- 2015-ci ilin oktyabr ayında Londonun "Saatchi" qalereyasında sərgim olacaq, dekabr ayında islam art-festivalında iştirak edəcək. Gələn il sonra isə Dubayda ekspozisiyam gözlənilir.

- Müasir Bakı haqqında nə deyə bilərsiniz?

- Bakı dünyanın ən gözəl şəhəri, mənim üçün ən yaxşı istirahət yeridir. Günəşli hava, nəfis yeməklər, köhnə küçələrdə gəzinti, bağ... Bakıda yaxşı enerji yığıram, ancaq işləmək istəyi yaranmır. Yeri gəlmişkən, qeyd edim ki, Azərbaycanda müasir incəsənət sahəsində baş verənlər, Rusiyadan fərqli olaraq, incəsənətə pul qoyulması, böyük işlərin görülməsi, vəsait ayrılması məni çox sevindirir. Hazırda Azərbaycan rəssamlarını dünyada Rusiya rəssamların daha yaxşı tanıyırlar.

- Ona görə siz İtaliyada çalışmağa üstünlük verirsiniz?

- Bəli, mən orada mənzil almışam, emalatxanam var. İtaliyada mən gərgin olmuram və heç nə fikrimi yayındırmır. Sadəcə yaradıram və bundan zövq alıram.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm