Ayanın 12 minə başa gələn klipi - Videolar, Fotolar
Bizi izləyin

Tabloid.az

Ayanın 12 minə başa gələn klipi - Videolar, Fotolar

Ayanın 12 minə başa gələn klipi - Videolar

Bu gün müğənni Ayan Babakişiyeva “Səndən sonra” adlı mahnısına çəkdirdiyi klipini təqdim edib. Sözləri və musiqisi Tural Bayraməliyevə aid olan bəstənin ekran həlli rejissor Ceyhun İbrahimova və Vüsal Həsənliyə həvalə olunub.

Şəhər restoranlarından birində təqdimat keçirən müğənni təəssüratlarını media nümayəndələri ilə bölüşüb:

“Elə bilirdim unudulmuşam. Amma bu möhtəşəm qarşılanmadan sonra əmin oldum ki, hələ ulduzum sönməyib. Məni tək qoymadınız, özümü çox güclü hiss edirəm. Yeni klipimi bəyənəcəyinizə inanıram. Mənimlə birgə çalışan komandaya çox sağ ol deyirəm. Fasilə verməyimə dəydi. Maraqlı bir ekran işidir, bəyəndim. Klip kinolentə çəkilib. Bakıda lentə alınıb, 12 min manata başa gəlib. Mahnıdakı sözlərə həyatımda da əməl edəcəm, söz olaraq qalmayacaq. Selenadan (qızı - red.) sonra həyatımda hər şey əla olacaq”.

FOTO : Ruslan Bakiroğlu

FOTO : Ruslan Bakiroğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm